AFFA Məşqçilər Komtəsinin sədri Vaqif Sadıqovun Qol.az saytına müsahibəsi
- Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla Məşqçilər Komitəsinin görüşü oldu. Hansı məsələlər müzakirə olundu?
- Demək olar ki, çox mövzudan danışdıq. İlk növbədə I divizonla bağlı müzakirələr etdik. Divizon klubları ilə görüşümüzdən hesabat verdik. Bəzi tövsiyyələr oldu. Aprelin 29-da aşağı dəstə təmsilçiləri ilə növbəti görüşümüz olacaq. Bundan sonra rəhbərliklə növbəti müzakirələrimiz olacaq. U-17-lərin Bakıda keçiriləcək çempionatı haqda da fikir mübadiləsi apardıq. Bundan başqa U-15 millimizin yaradılması məsələsi öz həllini tapdı.
- Bir neçə gün əvvəl I divizion klubları ilə görüşünüz oldu. Onların durumu necədir?
- Bildiyiniz kimi, orada əsas problemlər lisenziya məsələsi ilə bağlıdır. Klublar lisenziya ala bilmədiyi üçün yüksək liqaya çıxa bilmir. Təəssüf ki, I divizion klubları peşəkarcasına fəaliyyət göstərə bilmirlər. Klub rəhbərləri ilə çıxış yollarını axtarırıq. Elxan Məmmədovla bügünkü görüşümüzdə də ən çox vaxt aparan məsələ bu oldu.
- Lisenziya məsələsində AFFA klublara kömək edə bilər?
-Təbii ki, klubların özündən çox şey asılıdr. AFFA tərəfindən hər bir kluba böyük dəstək var. Ancaq idarəetməni yüksək səviyyəyə çatdırmaq klubdaxili məsələlərdir.
- Razısınız ki, bu gün I divizionla Premyer Liqa arasında böyük fərq var?
- Bəli, biz bunu da təhlil edirik. I divizionda çıxış edən heç bir futbolçu Premyer Liqa klubunun maraq dairəsinə düşmür. Bu, ən böyük problemlərdən biridir.
- I divizionda həvəsləndirici nəsə etmək olar?
- Bununla bağlı müzakirələrimiz olub. Futbolçuları hər hansı bir yolla motivasiya etmək lazımdır ki, daha istəkli olsunlar, yaxşı oynasınlar. Onların inkişaf etməməsi bizi narahat edir.Biz I divizionu elə-belə keçirmək istəmirik. İstəyirik ki, orada güclü rəqabət olsun. O rəqabətdən çıxan yeni simalar olsun və onlar Premyer Liqaya da dəvət olsunsunlar. Hesab edirəm ki, bunun yollarını tapacağıq.
- “Zirə” Premyer Liqada debüt ilində hər kəsin yaxşı mənada təəccübünə səbəb oldu. Bu gün I dizizionda belə komanda yenə varmı?
- Əslində bəzi klubların infrastrukturu yaxşıdır. “Zaqatala”, “Turan Tovuz”, “Mil-Muğan” kimi bazası, bir neçə meydançası olan komandalar var. İndi onlar UEFA-nın tələblərinə cavab verən lisenziyalar almalıdırlar. Ümumiyyətlə, I divizion klubları məqsədsiz oynamamalıdır. Onlar düşünməlidirlər ki, çempion olub Premyer Liqaya yüksələ bilərlər. İlk növbədə təşkilatı məsələləri həll etməli, daha sonra idman prinsipinə əsaslanıb işlər görülməlidir. Əgər I diviziondan Premyer Liqaya heç bir futbolçu gələ bilmirsə, təbii ki, aşağı dəstənin inkişafından söhbət gedə bilməz.
- 17 yaşadək futbolçulardan ibarət millimizin may ayında Bakıda keçiriləcək Avropa çempionatında çıxışından nə gözləmək olar?
- Məşqçilər Komitəsi olaraq futbolçularla görüşürük. Onların iş prosesini nəzarətdə saxlayırıq. Hamımız U-17-lərin ətrafında birləşməliyik. Futbolçulara bildirmişik ki, Allahın sizə verdiyi bu şansdan istifadə etməlisiniz. Hər futbolçuya Avropa çempionatında iştirak etmək nəsib olmur. Avropanın ən güclü komandaları Bakıya gələcək. Nə dərəcədə güclü olduğumuzu sübut etməliyik. Son üç ildə böyük qayğı göstərilən yığmamızdan məzmunlu oyun və nəticə gözləyirik. Belə olsa, biz gələcəyə nikbin baxa biləcəyik. Heç bir komandadan çəkinmək lazım deyil. Əksəriyyəti ilə yoldaşlıq oyunu keçirmişik. Bu gün bizim millimiz hər bir rəqiblə başabaş mübarizə apara bilər.
- Aşağı yaş qrupları üzrə bir neçə yeni komandalar yaradıldı. Ümumi olaraq Azərbaycanda uşaq futbolunun səviyyəsini necə qiymətləndirmək olar?
- Bununla bağlı tövsiyyə paketi hazırlayırıq. Xeyli görülməli işlər var. AFFA tərəfindən təşkil olunan yarışlar imkan verir ki, aşağı yaş qrupları üzrə komandalarımız özlərini göstərsinlər. Düzdür, problemsiz sahə yoxdur. Bu problemləri görüb, onu aradan qaldırmaq lazımdır. Bizim işimiz də bundan ibarətdir. Gördüyünüz kimi, bizdə 15, 16, 18 və 20 yaşlılardan ibarət yığma komandalar yaradıldı. Deməli, biz aşağı yaş qruplarından olan futbolçuların ən yaxşılarını bir yerə toplayıb nəzarət altında saxlaya biləcəyik. Futbolçular da öz işlərində məsuliyyətli olmalıdır.
- Bəzi klublarımızın akademiyası aşağı yaş qrupları üzrə milli komandalarımıza xeyli futbolçu yetişdirir. Onlardan biri də “Bakı”dır. Rəhbərliklə görüşünüzdə bu klubun acınacaqlı durumu da müzakirə olundumu?
- “Bakı” bizə yad deyil. Klubun vitse-prezidenti Yaşar Seyidov tərəfindən bizə də xeyli müraciətlər olub. Hər dəfə hər hansı bir qayğı göstərilib, kömək olunub. Bundan sonra da belə olacaq. Bu gün də “Bakı”nın durumunu müzakirə etdik. Buna hamımız təəssüflənirik. “Bakı” aşağı yaş qrupları üzrə millilərimiz üçün xeyli futbolçu yetişdirib. Heç kim “Bakı”nın halına biganə qala bilməz. “Bakı” ümumi futbolumuza dəstək verən klublardan biri idi. Hər görüşümüzdə bu ətrafda fikir mübadiləsi aparırıq.
Ramiq AĞAMƏMMƏDOV
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır