“Son günlər cəbhədə gedən döyüşlərdə şəhidlər verdik, yaralılarımız var. Biz burda rahat oturmaq üçün onlar öz canlarından keçir”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözəl bu gün jurnalistlərlə söhbətində deyib.
O, cəbhə xəttində gedən döyüşlərdən sonra klubu ziyarət etdiyini və müəyyən tapşırıqlar verdiyini bildirib:
- Klubla görüşümdə cəbhədə baş verənlərə çox həssas yanaşmalı olduğumuzu dedim. Bu, bizə çox böyük məsuliyyət verir. Arxayınlaşmamalıyıq. Daha da irəli getməliyik. Bu il avrokuboklardakı çıxışımız “Qarabağ”ın tarixində ən əhəmiyyətli oyunlardan olacaq. Avropaya başa salmalıyıq ki, dünyada yeganə klubuq ki, bayrağımız var, ancaq oynamaq üçün torpağımız yoxdu. Bizim mesajımız yalnız budur: öz torpağımızda futbol oynamaq istəyirik. Futbolçular da yaxşı olacağına söz verdilər. Hər biri qeyd etdiyim məsuliyyəti dərk edir.
- Çempionatda rəqabət istənilən kimi deyil. Bu, “Qarabağ”ın avrokuboklardakı çıxışına necə təsir edəcək?
- UEFA-da bizim komanda haqda danışırlar. Belə bir fikir yaranıb ki, “Qarabağ”la Bakıdakı oyundan sağ çıxmaq olmur. Təbii ki, burada azarkeş amili əsas rol oynayır. İnanıram bizi yenə 30 min azarkeş dəstəkləyəcək. Qurban Qurbanovun üzərinə böyük yük düşəcək.
- Avropada sizin üçün ən böyük uğur nə sayıla bilər?
- Artıq hədəfimiz Çempionlar Liqasının qrupudur. Həm futbolçulara, həm Qurban Qurbanova tapşırmışam ki, bu il Avropada adımızdan söz etdirmək bizim üçün çox önəmlidir.
- Komandanızın böyük azarkeş ordusu var. “Qarabağ” avrokuboklar zamanı ev oyunlarını Olimpiya stadionunda keçirə bilər?
- Özümə sual verirəm ki, 30 minlik stadionun tamamilə doldurmaq yaxşıdır, yoxsa 70 minlik stadionun yarısını? Sizcə, Olimpiya stadionunu doldura bilərikmi? Bu haqda düşünmək olar. Marketinqçilrə bizi biletlərin qiymətini aşağı salmaqda qınayır. Ancaq biz deyirik ki, bileti baha edə bilmərik. Mənim azarkeşim qaçqındı, kasıbdı, imkanı yoxdur. Təbii ki, bunu anlamayanlar da var. İstəyirəm ki, biletin qiyməti aşağı olsun və stadiona 50 min adam gəlsin. Onun həyəcanı nəyə desən dəyər.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL