AZAL-ın kapitanı Rail Məlikovun Topaz Premyer Liqanın 28-ci turunda "Kəpəz"lə oyundan (3:0) sonra müsahibəsi
- "Kəpəz”ə böyük hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Kim də gözləməsə, biz qələbə gözləyirdik. Buna inanırdıq. Çünki arxaya yol yox idi. "Kəpəz” bizimlə evdə keçirdiyi hər 2 oyunda qalib gəlmişdi. Daha öncə burada heç-heçə etdiklərini nəzərə alsaq, bizdən 7 xal almışdılar. Ona görə də Qələbə qazanmağa borclu idik, bunu da həyata keçirdik. 2:0 hesablı qələbəni fikirləşirdim, ancaq 3:0 oldu. "Kəpəz” də əzmkar oynadı. Bu gün kim güclü idisə, o da qalib gəldi. "Kəpəz” də sıradan rəqib deyil. O, "Qəbələ” ilə eyni səviyyəli komandadır. "Kəpəz”ə gələcək oyunlarda uğurlar arzulayıram.
- Bu il öz meydanınad nəinki uduzmur, az da qol buraxırsınız. Belə uğurlu çıxışın səbəbini nədə görürsən? Bunun bir sirri varmı?
- Bunu sirri doğma meydanda, doğma divarlar arasında oynamağımızdır. Həmişə burada məşq edirik. Düzgün müdafiə olunuruq, düzgün taktiki gedişlər alırıq. Bəzi meydançalarda çətinlik olur. Biz düz meydançalara öyrəşmişik. Gəncədəki oyunları götürsək, həmin meydança kələ-kötür idi. Bilirdik ki, "Kəpəz” Avropa Liqası uğrunda mübarizədə ən yaxın rəqiblərimizdən biridir. Ona görə də Gəncə klubuna qalib gəlməyə borclu idik.
- Avropa Liqasına düşmək şansınız turdan-tura artır. Üstəlik, "İnter” "Zirə” avrokuboklara getməyəcək…
- Əlbəttə, bu, bizə əlavə stimul verir. Düzdür, "İnter” avrokuboklara getsəydi belə, stimulumuz vardı. Çalışırıq ki, Avropaya gedək. Bu perspektimizi yaxşı görürəm. Qalan oyunlarda yalnız qələbə qazanmalıyıq. Bizi alçaldan bəzi insanlardan xahiş edirəm ki, yenə bizi aşağılasınlar. "AZAL "Kəpəz”, "Qəbələ”ni udmayacaq" kimi şeyləri çox desələr, bizə daha çox stimul olacaq. Qoy, həmin insanlar bizə aşağı gözlə baxsınlar. Onların danışığı bizi stimullaşdırır.
- Ancaq belə danışıqlar komandada ruh düşkünlüyü yarada bilər…
- Yox, bizə zərrə qədər pis təsir etmir. Əksinə, daha yaxşı təri göstərdiyini görürsünüz. "Qəbələ”ni, "Kəpəz”i, digər rəqibləri də yendik. Göründüyü kimi, bizə ruh düşkünlüyü yox, ruh yüksəkliyi verir. Hamıya sübut edə-edə gedirik. Əvvəl belə bir söhbət vardı ki, yaxşı pul alanda deyirdilər ki, futbol oynamırlar. Ancaq aşağı məbləğ alırıq, deyirlər ki, oynayırıq. Bəs biz hansını seçək, hansı yolla gedək?
- Yüksək məbləğ də görmüsən, az məbləğ də. Hansında oynamaq daha effektiv olur?
- Yaxşı pulu "Neftçi”, "Bakı”, "Qəbələ””də alaraq oynamışam. Həmin klublarda yüksək səviyyəli, yüksək ödənişli futbolçular yer almışdı. Əlbəttə, orada oynamaq rahat olur. Ancaq AZAL-da aşağı məbləğ alsaq da, komandamızdakılar yüksək qonorara layiq futbolçulardır. Buna görə də futbolçuların səviyyəsi eynidir, fərq qoya bilmərəm.
- Cəbhə xəttində baş verən məlum olaylar siz futbolçulara necə təsir göstərdi?
- Dünən bu xəbəri eşidəndə çox pis olduq. Bir az ruh düşkünlüyü oldu. Biz əsgərlərimizlə birgəyik. Fikirləşridik ki, bəlkə oyun təxirə salınsın. Uçaqlarla oturub söhbətləşmişik. Hamımız torpaqlarımızı azad etməyə yollanamağa hazırıq. Səfərbərlik olsa, hamımız buna hazırıq.
- Qol vuran futbolçularınızın əsgər salamı verməsi diqqət çəkdi. Oyundan sonra kapitan kimi komandanı azarkeşlərə tərəf apararaq bunu etdin.
- Bunları dünən oturub fikirləşmişdik. Qoldan sonra əsgər salamı verək, bunu da etdik. Matçdan sonra bunu bərabər etməyi hamımız istəyirdik. Əsgərlərimizə güvənirik və onlarla fəxr edirik. Şəhid olan əsgərlərin ailələrinə başsağlığı veririk. Biz hamımız onlarlayıq.
- "Kəpəz”in kapitanı Tural Axundovla baş məşqçiniz Tərlan Əhmədov arasında gərginlik oldu. Bunun səbəbi nə idi?
- Bunlar boş şeylərdir. Mən heç kimi alçatlmaq istəmirəm. O da kapitandır, heç bir məşqçiyə bir şey deməsin. Biz də "Kəpəz”lə səfər oyununda uduzmuşuq. Şahin Diniyevə böyük hörmətim var. Biz də məğlub olanda başqa şey deyə bilərdik. Onlar Gəncədəki oyunda ilk qolu vuranda vaxr artırmaq söhbəti vardı. Bizdə isə vaxt artırmadıq, 3-cü qolu da vurduq. Böyük-kiçik var, başqa məsələlər artıq şeydir. Heç bir futbolçuya yaraşmaz ki, başqa komandanın baş məşqçisinə nəsə jest etsin. Azərbaycanda menatlitet buna imkan vermir, olmaz belə şeylər.
- Belə atmaca var idi ki, siz ofsaydan qollar vurub qalib gəldiniz…
- Bunlar boş şeylərdir. Kim də deyir, bilmirəm.
- Gəncədəki oyunda tutaq ki, ofsayddan qollar vuruldu. Bunlar futbolçularda qıcıq yaradırmı?
- "Kəpəz” iki oyunda bizə ofsayddan qollar vuruldu. Ancaq bizdə heç bir söhbət olmadı. Bugünkü oyunda bir epizodda top "Kəpəz”in müdafiəçisinin əlinə dəymişdi. Ancaq baş hakim penalti vermədi. Bilmirəm, o, bunu gördü ya yox. Biz onlara heç bir əhəmiyyət vermədik. Oyunla qalib gəlmək istədik, buna da nail olduq (sportnet.az).
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video
Cəlalın komandasından böyükhesablı məğlubiyyət
I Liqada ilk tura yekun vuruldu
"Yuventus" - "İnter" matçında 7 qol vuruldu - Video
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi