"Kəpəz”in litvalı qapıçısı Tadas Simaitisin Topaz Premyer Liqanın 28-ci turunda səfərdə AZAL-a uduzduqları oyundan (0:3) sonra müsahibəsi
- Böyükhesablı məğlubiyyətin əsas səbəbini nədə görürsən?
- Çətin oyun oldu. AZAL-ın son vaxtlar belə yaxşı çıxış etdiyini bilirdik. Rəqibimiz çox yaxşı komandadır. Müdafiədə yolverilməz səhvlərə yol verdik. Normal vaxtda bunu etmirik. Pis oynadığımız matçlardan biri bu gün oldu. Hesabda 0:1 geridə olandan sonra AZAL kimi sıx müdafiə olunan komandaya qarşı oynamaq çox çətindir.
- Belə demək olar ki, "Kəpəz” ardıcıl 4 qələbədən sonra bu oyuna arxayın çıxmışdı?
- Yox. Mən belə düşünmürəm. Niyə boşalaq ki? Hər bir matç kimi AZAL-la oyuna da ciddi hazırlaşmışdıq. Üçüncü yerdə olsaq da, ən yaxın izləyicilərimizlə xal fərqimiz çox azdır. Bizim üçün hər oyun final kimidir, həlledicidir.
- Yəqin ki, özünüz də besabın belə olacağını gözləmirdiniz?
- Bəli. Amma bu futboldur. Belə nəticələr olur.
- Hesabda 0:1 geridə olandan sonra real qol imkanınəız olsa da, bundan istifadə edə bilmədiniz. Niyə oyunun axarını öz xeyrinizə dəyişə bilmədiniz? Axı "Kəpəz”in buna nail ola bildiyi matçlar çox olub…
- Elədir. Ancaq AZAL böyük qüvvə ilə müdafiə olunaraq əks-hücumlarda oynayır, bizim səhvlərimizi gözləyirdi. Buna görə belə alındı. Sən qol vurmursansa, sonda nəticə sənin üçün belə üzücü olur.
- Növbəti turda lider "Qarabağ”la oynayacağınızı nəzərə alsaq, bu məğlubiyyət psixoloji baxımdan problem yarada bilərmi? Üstəlik, aparıcı oyunçunuz Junior Osvaldo cəzalı duruma düşdü…
- "Qarabağ”a qarşı həmişə motivasiya böüykdür. Bəli, bizim üçün çox çətin oyun olacaq. Üstəlik, Junior Osvaldo heyətdə olmayacaq. Əvəzində Budaq Nəsirov yenidən oynaya biləcək. "Qarabağ”la oyun tam başqa olacaq. Biz AZAL-a qarşı hücum futbolu oynayırdıqsa, onda daha çox müdafiə futbolu göstərəcəyik. Bu, bizim üçün daha yaxşı olacaq.
- "Qarabağ"a qarşı cari çempionatda hər 3 oyunda uduzmusunuz. Növbəti matçda xal qazanmaq şansınız var?
- Əlbəttə. Biz meydana bunun üçün çıxacağıq.
- Bəs qorxmursunuz ki, Reynaldo heyətə qayıdıb?
- (gülür). Reynaldo Messi deyil ki qorxaq. Messi bizə qarşı oynasaydı, qorxardıq.
- "İnter”lə "Zirə”nin avrokuboklara yollana bilməməyi sizin üçün əlavə üstünlükdür…
- Biz bu haqda düşünmürük. Üçüncü pillə yaxşı yerdir və burda olmaq istərdik. Qalan bütün oyunlarda qalib gəlib ən yaxşı yerlərdən birini tutmaq istəyirik. Avrokuboklara özümüz vəsiqə qazanmaq istəyirik, kiminsə kənarda qalması hesabına yox.
Mənbə: Sportnet.az
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi