“Rəvan”ın ərəb əsilli ukraynalı hücumçusu Yasin Həmidin Qol.az saytına müsahibəsi
- Artıq bir neçə aydır Azərbaycandasan. Əvvəlcə Topaz Premyer Liqası haqda fikirlərini bilmək istərdik.
- Mən çempionatda bütün rəqiblərə qarşı oynamışam. Deyə bilərəm ki, komandaların səviyyəsi yaxşıdır. Turnir cədvəlinə baxanda görürük ki, komandalar bir-birindən elə də uzaqlaşmayıb. “Qarabağ”, “İnter” və “Qəbələ” çox keyfiyyətli oyun nümayiş etdirir.
- “Qarabağ”dan söz düşmüşkən, son oyunda bu komandaya 1:5 hesabı ilə uduzdunuz. Səncə, bu hesab komandalar arasındakı səviyyə fərqinin göstəricisidir?
- “Qarabağ” çox güclü komandadır. Yaxşı futbolçuları və baş məşqçisi var. Bizim üçün çətin oldu. Çünki onlar bütün göstəricilərdə bizdən üstün idi. Yaxşı nəticə qazanmaq üçün möcüzəyə ümid etməli idik. Təbii ki, 1:5 hesabı ilə məğlub olmaq üzücüdür. Ancaq “Qarabağ” kimi rəqibə uduzmaq faciə sayılmamalıdır.
- Ukrayna futboluna yaxından bələdsən. Ukrayna Premyer Liqası ilə Topaz Premyer Liqası çox fərqlənir?
- Əgər “Şaxtyor” və “Dinamo” olmasa, bu iki çempionat arasında elə də böyük fərq olmaz. Ukrayna çempionatı da zəifləyib. Çünki orada da klubların büdcəsi çox deyil.
- Son oyunda “Qarabağ”a qol vurmağı bacardın. Bu, Azərbaycanda ilk qolun idi?
- Bəli, ümumiyyətlə, uzun müddət idi ki, qol vurmurdum. Qol hesabımı açmağım yaxşı oldu. Sevinirəm ki, bu cür komandaya qol vurmağı bacardım. Təəssüf ki, bu qol xal qazanmağımıza kifayət etmədi.
- “Rəvan”da maddi vəziyyət necədir?
- Vəziyyət yaxşı deyil. Hamı müsbətə doğru dəyişiklik olacağını gözləyir. Biz futbolçuyuq, öz işimizi görməyə çalışırıq. Maliyyə çətinliyi indi hər yerdə var.
- Komandanız sonuncu pillədə qərarlaşıb. “Rəvan”ın Premyer Liqada qalmaq şansı da azdır.
- İnanıram ki, biz sonuncu pillədən qurtulacağıq. Bizim buna gücümüz çatar. Çempionatda qalmaq üçün mübarizə aparacağıq.
- “Rəvan”la müqavilən nə vaxt başa çatır?
- İki aydan sonra.
- Azərbaycanda qalmaq fikrin var?
- “Rəvan”la yeni müqavilə haqda düşünmürəm. Ancaq digər klublardan yaxşı təklif alsam, təbii ki, ölkənizdə qalaram.
- Təkliflər var?
- Maraqlanan klublar var. Ancaq indi bu haqda danışmaq tezdir.
- Sonda Bakı və ölkəmiz haqda təəssüratlarını öyrənək.
- Bakı çox gözəl şəhərdir. Burada yüksək infrastruktur var. Yaşayış səviyyəsi əladır. Ümumiyyətlə, pis bir şey yoxdur (gülür). İnsanlarınız qonaqpərvərdir. Bütün dostlarıma məsləhət görərdim ki, Bakıya baş çəksinlər.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi