Topaz Premyer Liqada ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”ın uğursuz seriyası qırılıb.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət klubu 27-ci turun “Sumqayıt”la səfər oyununun (1:2) 49-cu dəqiqəsində qolsuzluğa son qoyub.
Rəqib qapısına yol tapan Zaman Mirzəzadə 149 gündən sonra komandasının azarkeşlərinə qol sevinci yaşadıb. Lənkəran təmsilçisinin heyətində sonuncu dəfə 2015-ci il noyabrın 2-də səfərdə “Rəvan”a 1:0 hesabı ilə qalib gəldiyi matçda, Elnur Cəfərovun 80-ci dəqiqədə fərqlənib.
Komandanın 1409 dəqiqə davam edən 15 turluq seriyası ölkə çempionatları tarixinin antirekordudur. Cari mövsümədək ən uzun qolsuz seriya Sumqayıt “Xəzər”inə məxsus idi. 2003/04 mövsümündə “Gənclik şəhəri” klubu 9 oyun qol vura bilməmişdi. 2004/05 mövsümündə MOİK, 2010/11 mövsümündə isə “Kəpəz” 8 turluq seriyaya üzülüb.
Xatırladaq ki, “Sumqayıt” – “Xəzər Lənkəran” matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Neymarın cəzası bilindi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər