Qazaxıstanla yoldaşlıq matçında minimal hesabla məğlub olan milli komandamızın yarımmüdafiəçisi Qara Qarayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qarşılaşma haqda fikirlərinizi bildirərdin...
- Yaxşı toplanış keçirdik, bir həftəyə lazımınca hazırlışmışdıq. Təəssüf ki, matçda istədiyimiz nəticəni qazana bilmədik. Ancaq düşünürəm ki, gələcəkdə bu hazırlığın bizə çox xeyri olacaq. Danışılası çox şey yoxdur. Yoldaşlıq oyunu idi. Təki səhvlərimiz yoldaşlıq matçlarında olsun.
- Dünən məşqdə daha həvəsli idiniz, bu gün oyunda isə sanki motivasiya çatışmırdı...
- Elə bir dəyişiklik yox idi. Düzdür, oyunla məşqin ab-havası fərqli olur. Ancaq bu oyunda həvəssiz deyildik, sadəcə şanssız idik. Düşünürəm ki, erkən qolu buraxmasaydıq, nəticə fərqli olardı.
- Komandada çatışmayan nədir?
- Çatışmayan cəhətləri baş məşqçi deyə bilər. Mən futbolçu kimi nəsə desəm, düz olmaz. Ancaq özünüz də gördünüz ki, ilk yarıda qol vəziyyətlərimiz oldu, ancaq son nöqtəni qoymaq bir az çətin oldu.
- Rəqib əks hücumlara çıxan zaman orta sahədə müəyyən boşluqlar olurdu. O mövqenin oyunçusu kimi bunu nə ilə əlaqələndirərdin?
- Araz Abdullayev o mövqedə ilk dəfə oynayırdı. Bəlkə də ona görə bir az boşluq oldu. Konkret Araz haqqında danışsam, düz olmaz, hamı bilir ki, o necə oyunçudur. Topla əla rəftar edən, yaxşı futbolçudur. Ancaq ilk dəfə çıxış etdiyi mövqe idi, ona görə də müəyyən axsamalar ola bilərdi (Sportnet.az).
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest