“Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiçin müsahibəsi
- “Bakı”ya qayıdacağınız haqda yayılan xəbərlər nə dərəcədə realdı?
- Mətbuatda yayılan xəbərlər şaiyədir. Bu günlərdə “Bakı”ya qayıtmayacağam. Çünki klubdan hər hansı bir təklif almamışam.
- Bəs təklif olsa, qayıdarsız?
- Mən “Bakı”dan getdikdən sonra mətbuatda haqqımda çox əsassız sözlər deyildi.
- Yəqin ki, “Bakı”dan FİFA-ya şikayət edəcəyiniz haqda yayılan xəbərləri deyirsiz...
- Bəli, indi bəzi məqamlara aydınlıq gətirmək istərdik. Milinko Pantiç Hafiz Məmmədovun prezidenti olduğu “Bakı” klubundan heç vaxt FİFA və ya başqa bir quruma şikayət etməyib və etməyəcək də. Çünki Hafiz Məmmədovla mənim aramda çox yaxşı dostluq münasibəti var, biz dostuq. Dost da həmişə dar gündə tanınar. Mən “əsgər”əm, Hafiz Məmmədov da mənim “general”ım. O “general" vətəni Azərbaycan üçün misli görünməyən işlər görüb və görməyə də davam edir. Bu günə kimi müxtəlif klublarda oynamışam, məşqçilik etmişəm. Amma Hafiz Məmmədov kimi vətənpərvər rəhbərim heç vaxt olmayıb. Heç gələcəkdə də olacağına inanmıram.
- Hafiz Məmmədovun ideyası olan “Land of fire Azerbaijan” brendinin özünü doğrultduğunu əminliklə söyləmək mümkündür?
- Azərbaycan günü gündən dünya arenasında tanınmağa davam edir. Bunda Hafiz Məmmədovun əməyi böyükdür. Etiraf edək ki, daha əvvəl avropalılar Azərbaycan haqda geniş məlumata sahib deyildilər. Lakin “Land of Fire Azerbaijan”dan sonra çoxları Azərbaycanın harada yerləşdiyini, necə bir ölkə olduğunu çox gözəl bilir. Azərbaycanın Hafiz Məmmədov kimi insanlara ehtiyacı var. O, böyük ürəyə malik insandi.
- Ümumiyyətlə, “Bakı” ilə aranızda maddi baxımdan məsələ açıq qalıb?
- Azərbaycanda çalışanda maddi cəhətden itirdiklərim oldu. Amma buna baxmayaraq, sözün əsl mənasında minlərlə gözəlliyə malik olan ölkəni və insanları tanıdım. Azərbaycanda insanlar mənə qarşı daim yaxşı rəftar ediblər. Daim özümə qarşı hörmət görmüşəm. Ölkənizdə özümə xeyli dost qazandım. Azərbaycanlılar çox vətənpərvərdilər və gözəl ürəyə sahibdilər.
- “Bakı”da rəhbərliyiniz altında çıxış edən futbolçularla bu gün də əlaqə saxlayırsız?
- “Bakı”da birgə çalışdığım hər bir oyunçu ilə fəxr edirəm. Bu gün də hər biri ilə maraqlanıram. Klubda vaxtı ilə birgə çalışdığım yerli oyunçuların uğuruna sevinirəm. Hazırda Premyer Liqanın demək olar ki, hər klubunda “Bakı”nın 2-3 yetirməsi var. Bu, qürurvericidi.
- Amma “Bakı” bu gün I divizionda çıxış edir.
- Arzu edirəm ki, Hafiz Məmmədovun işləri tezliklə qaydasına düşsün və mənim “Bakı”m tezliklə Premyer Liqaya qayıtsın. Çünki “Bakı”sız Premyer Liqa ürəksiz bir bədəndi.
- Son sözünüz...
- Milinkodan bütün "Bakı"lılara və məni sevənlərə salamı göndərirəm.
Mənbə: futbolxeber.az
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video