Xalq yazıçısı, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev kulis.az-a müsahibə verib. Qol.Az müsahiibənin futbolla bağlı olan hissəsini təqdim edir.
- Ötən il “Neftçi”nin Müşahidə Şurasının sədri seçildiniz. “Neftçi”də nə yeniliklər eləmisiniz?
- Mən gələn kimi qərara gəldik ki, birinci növbədə cavan futbolçular yetişdirməliyik. Çünki “Neftçi” Azərbaycanın brendidir və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdır. Mən gələndə “Neftçi”dən bir nəfər də milli komandada da oynamırdı, indi doqquz nəfər oynayır. Amma çətinliklər də var. Biz xarici oyunçular almaq istəsək də, problemlər yaşayırıq, onlara maaş dollarla ödənilməlidir.
- Siz həm də məhsuldar yazıçısız, yüz doxsan...
- Dörd.
- Mən yüz doxsan üç bilirdim.
- Bax yüz doxsan dörd kitabın hamısı burdadır (əlilə kitab rəfini göstərir-red.).
- Yəni demək istəyirdim ki, məhsuldar yazıçı olmaqla yanaşı beynəlxalq təşkilatlarda təmsil olunursuz, AYB-də katibsiz. Üstəlik ötən il “Neftçi”yə prezident gəldiniz. Bu ehtiyac haradan yarandı?
- Mənə təklif elədilər, qəbul elədim. Bəlkə o biri klublar təklif etsəydilər qəbul etməzdim, amma “Neftçi” bizim rəmzimizdir, buna görə də təklifi geri çevirmək olmazdı. İstəyirəm bir misal gətirim. Bu əlimdəki sənəd “Real” Madridin “Annual Report”udur, klubun prezidenti mənə məktubla bir yerdə göndərib. İndi mən ona məktub yazacam, məktuba da ispan və fransız dillərində olan kitablarımı əlavə edəcəm.
- Sizin əsərlərinizi oxuyub, bilmirsiz?
- Onu bilmirəm. Sözümü nəyə gətirirəm? Mən hesab edirəm ki, öz nüfuzumla “Neftçi”yə kömək edə bilərəm. Buna görə razılıq verdim.
- Bəs yazıçı kimi vaxtınıza heyfiniz gəlmədi?
- Mən uşaqlıqdan futbolu sevirəm. Məndən çox adam soruşur ki, sənin futbola getməyə vaxtın var? Nəinki futbola, hətta məşqlərə də gedirəm.
- Məşqlərdə iştirak edirsiniz.
- Nəinki məşqlərdə, keçən il iki dəfə Avstriya və Türkiyədə komandanın toplanışı olub, ikisinə də getmişəm.
- Futbolla əlaqədar beynəlxalq tədbirlərdə, görüşlərdə yazıçı Çingiz Abdullayevi görəndə təəccüblənirləmi?
- Yox. Adətən klub prezidentləri məşhur adamlar olur. Məşqçi olsaydım təəccüblənərdilər, mən axı Müşahidə Şurasının sədriyəm.
- Tutalım, bu gün səhər durub “Neftçi”yə gəlmisiz. Burda görüşdük. Sonra nə edəcəksiz? Ümumiyyətlə günün hansı saatı yazırsız, hər günmü yazırsız?
- Hər gün yazmıram. Amma səhər ümumiyyətlə doqquzda durmuram. Səhərlər günüm belə olur: On birə yaxın dururam, Yazıçılar Birliyinə gedirəm. Orda iki saat oturandan sonra bura - “Neftçi”yə - gəlirəm. “Neftçi”də iki-üç saat oturandan sonra yenidən Yazıçılar Birliyinə qayıdıram. Orda da beşə kimi oturandan sonra tədbirlərə gedirəm. Tədbirlərsiz günüm olmur. Axşamlar həftədə bir dəfə “Neftçi” də qarşılaşma olur. Axşam evə gəlib səkkiz-ya doqquzda iki saat yatıram, sonra durub səhərə kimi işləyirəm; ya kitab yazıram, ya da oxuyuram, səhər altı-yeddiyə kimi.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video