AFFA, Peşəkar Futbol Liqası və "CBC Sport" kanalının birgə təşkilatçılığı ilə keçirilən "CBC Sport" kubokunda ötən gün “Bayıl Arena”da “Neftçi” birinci divizionun lideri “Nefçala”nı qəbul edirdi. 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra paytaxt təmsilçisinin yarımmüdafiəçisi Kaue da Silva Qol.Az saytına müsahibə verib. Brazilyalı ilk olaraq turnir haqqında fikirlərini bölüşüb.
- Bu turnir bizim üçün vacibdir. Ən azı Premyer Liqaya yaxşı hazırlaşa bilirik. Turnirdəki matçlara yoxlama görüşləri kimi baxmalıyıq.
- Hazırlığın səviyyəsi sizi qane edir?
- Məşq edirik, oyunlarımızı keçiririk və ən əsası çempionata normal hazırlaşırıq. Hər şey qaydasındadır. Hələ çempionatın ikinci hissəsinin başlamasına iki həftə var. İnanıram ki, hər şey yaxşı olacaq.
- “Neftçi” uzun müddətdən sonra ilk dəfədir, təlim-məşq toplanışını Azərbaycanda keçirir. Səncə, ölkə xaricindəki toplanışın fərqli cəhətləri nədir?
- Elə də böyük fərq yoxdur. Sadəcə, Antalyada yoxlama oyunları üçün rəqib seçimi çox olur.
- Bəs, rəqiblərinizin Antalyada hazırlaşması sizə əlavə problem yaratmayacaq?
- Biz bunu yox, qarşıdan gələn oyunları düşünməliyik. Bu amilin komandamıza heç bir təsiri olmayacaq. Biz rəqiblərimizin hara getməsi, kiminlə oynaması ilə maraqlanmamalıyıq.
- “Nefçi”nin turnir cədvəlindəki mövqeyini bu komanda üçün normal saymaq olmaz. Azarkeşləriniz isə sizi ən azı Avroliqada görmək istəyir.
- Əslində çempionatın son oyunlarında pis təsir bağışlamadıq. Düzdür, çox xal itirdik. Amma yenə də turnir cədvəlində bizdən yuxarıda olan rəqiblərimizlə xal fərqini azalda bilərik. Çalışacağıq ki, azarkeşlərimizə həmişə olduğu kimi bu il də Avropa kuboklarının həyəcanını yaşada bilək. Bunun üçün çempionat da, kubok da vacibdir. Amma əvvəlcə çempionatı yaxşı yerdə bitirməliyik. Sonra kuboka baxmalıyıq.
- Klubdakı maddi çətinliklərə baxmayaraq, siz “Neftçi”də qaldınız. Hazırda işlərin necə gedir?
- Bəli, mən və Erik Ramos bütün bu hadisələrdən sonra “Neftçi”də qalan yeganə legionerlərik. Hər şey qaydasındadır və özümü klubumda yaxşı hiss edirəm. Bu mövsüm də “Neftçi”nin uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəm. Çalışacam ki, komandamla birlikdə mövsümü yaxşı yerdə bitirək.
- Komandan “CBC Sport” turnirində son iki oyunda 3 qırmızı vərəqə ilə cəzalanıb. Bu, nədən irəli gəlir? “Neftçi”də intizamsızlıq var?
- Bu fakt bizim üçün qəbuledilməzdir. İlk oyunda qırmızı vərəqənin alınması normal idi. Çünki futbolçumuz oyunun gedişatında ikinci sarı vərəqəni aldı. “Neftçala” ilə oyunda isə futbolçularımız hakimlə mübahisəyə görə cəzalandılar. Biz belə halların üzərində işləməliyik. Çünki rəsmi oyunlarda belə səhvlərə yol vermək olmaz.
Ergün SEYİD
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq