AFFA, Peşəkar Futbol Liqası və "CBC Sport" kanalının birgə təşkilatçılığı ilə keçirilən "CBC Sport" kubokunda ötən gün ilk matç oynanılıb. “Bayıl Arena”da “Neftçi”nin qonağı olan AZAL rəqibinə minimal hesabla (0:1) məğlub olub. Matçdan sonra AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Qol.Az saytına müsahibə verib. O, ilk olaraq turnir barədə danışıb.
- Təlim-məşq toplanışını ölkə daxilində keçirən klublar üçün belə turnirlərdə iştirak etmək yaxşı haldır. İlk dəfə olduğu üçün təbii ki, problemlər olmalı idi. İlk olaraq klubların hamısı ilə danışmışdıq. "Kəpəz" ilk gündən planları ilə əlaqədar turnirdən imtina etdi. Sonra 8 klub qaldı. "Xəzər Lənkəran" da maliyyə məsələləri ilə bağlı geri çəkildi. Bildirdilər ki, 10 gün Bakıda qalmaq maliyyə baxımından onlar üçün çətin olacaq. "Rəvan" da 1 gün əvvəl bu turnirdən imtina etdi. Onlarda 3-4 gün idi ki, futbolçular məşqə çıxmırdı. Son olaraq 5 komanda qaldıq. Mənə elə gəlir ki, bu turnirin gələcəyi var. Növbəti ildən klublarımıza xarici komandalar da qoşulacaq. Çox ehtimal ki, bu klublar Rusiyadan, Gürcüstandan olacaq.
- Bu dəfə də əcnəbi komandanın olması gözlənilirdi, amma nədənsə iştirak etmədilər.
- Bəli, gözlənilirdi. Elə oldu ki, biz 8 komanda ilə danışdıq və 2 qrup yaratdıq. Amma alınmadı. Hamımız görürük ki, hava necədir. Heç indi Antalyada da belə hava olmur. Üstəlik, maliyyə tərəfdən çətinlik çəkən komandalar var. Ancaq kimin maliyyəsi yaxşıdırsa, həmin klub Antalyaya gedir.
- AZAL-da maliyyə durumu necədir?
- Mövsümün əvvəlində strategiyamızı dəyişdiyimizdən o qədər də təsiri yoxdur. Çünki biz daha çox yerli futbolçulara üstünlük verərək, maaşları da manatla ödəyirik. Ancaq elə klub yoxdur ki, devalvasiya onlara təsir etməsin.
- Bir müddət əvvəl komandaya legioner hücumçunun gətiriləcəyini demişdiniz...
- Bəli ola bilər ki, əcnəbi futbolçularımız da olsun. Hazırda Rusiyadan Aleksandr Sobolev adlı bir hücumçu gəlib və o "Sumqayıt"a qarşı 90 dəqiqə oynadı. Ona görə də "Neftçi" ilə oyunda istirahət verdik. Bir hücumçu da gözləyirik.
- Dediniz ki, komandada gəncləşdirmə və milliləşdirmə siyasəti aparırsınız. Artıq bir neçə klub bu addımı atır. Necə düşünürsünüz, bu addım "Qarabağ" və "Qəbələ"nin Premyer Liqada hegemonluğuna şərait yaratmayacaq?
- Düzdür, şərait yaradır. Amma rəqabətin olmamağı o komandalar üçün də yaxşı deyil. Çünki ola bilsin sabah Avropada oynayanda bu amil onlara problem yaradacaq. Ötən il "Qarabağ" və "Qəbələ" Avropa Liqasında idi. Mənə elə gəlir ki, ötən mövsüm ən güclü rəqabət olan çempionatımız idi. Ancaq indi rəqabət bir az zəifləyir. Məsələn, bu gün "Neftçi" maliyyə tərəfdən AZAL-dan bəlkə də artıqdır. Amma fərq o qədər də görünmür. Ona görə də ola bilsin ki, çempionatda "Qarabağ" və "Qəbələ" hegemon olsun. Ancaq rəqabətin olmaması avrokuboklarda onlara çətinlik yaradacaq.
- "CBC Sport"un oyunların yayımı ilə bağlı ödəyəcəyi məbləğ klubların balansına AFFA tərəfindən mövsümün sonunda köçülürəcək. Hazırda klublarda maliyyə durumu ürəkaçan deyil. Bununla bağlı rəhbərlik etdiyiniz Klublar Komitəsində nə vaxt görüş keçirməyi planlaşdırırsınız?
- Müzakirə olunur. Yanvarın 22-də görüş keçirəcəyik. Orada bu məsələ birinci olacaq. PFL-ə olan borclar ödəniləcək, necə olacaq, bu məsələlər hamısı danışılacaq.
- PFL borclarla bağlı heç bir klubun rəsmi müraciət etmədiyini bildirib. Siz necə bu qurumla danışıqlar aparmısınız?
- Biz danışıqlar aparırıq. Bu məsələyə 2-3 günə aydınlıq gətirəcəyik. Təbii ki, mən AZAL adından danışıram. İnanıram ki, razılaşma olacaq və hər şey yoluna düşəcək. İstəmərik ki, neçə illərdir davam edən çempionatımız belə olsun. Qabağa getmək lazımdır, arxaya getməyək.
- Hazırda bir-iki klubdan başqa Azərbaycan çempionatında vəziyyət elə də ürəkaçan deyil. Sizcə, bu gedişat çempionatı hara aparır?
- Bu gün dünyada maliyyə problemləri var. Avropada 100 illərlə davam edən çempionat var. Bizdə isə demək olar ki, yenidir. Əlbəttə ki, yavaş-yavaş irəli getməliyik. "Xəzər Lənkəran" və "Rəvan" bu gün elə durumdadılar ki... Acınacaqlı haldır və heç kim bundan sığortalanmayıb.
Ergün SEYİD
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi