AFFA, Peşəkar Futbol Liqası və "CBC Sport" kanalının birgə təşkilatçılığı ilə keçirilən turnirdə bu gün ilk matç oynanılıb. “Bayıl arena”da “Neftçi” AZAL-a 1:0 hesabı ilə qalib gəlib. Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Əsgər Abdullayev Qol.Az saytına müsahibə verib. “Neftçi”nin çalışdırıcısı ilk olaraq turnirin barədə danışıb.
- Bu yarış gənc futbolçuların yoxlanılması, əsəs heyətin müyyən edilməsi baxımından önəmlidir. Hesab edirəm ki, bu turniri növbəti illərdə də davam etdirmək, daha da genişləndirmək lazımdır. Gələcəkdə daha güclü klublar da bu turnirdə iştirak etsə, yaxşı olar.
- Gənc futbolçuları da sınaqdan keçirdiniz. Etimadınızı doğruldanlar oldu?
- Əlbəttə, bəzi futbolçular yaxşı tərəfdən özünü göstərə bildi. Onlar texniki və fiziki cəhətdən nə qədər yaxşı olsalar da, əsas özlərinə inamıdır. Bu gün mən əsas komandada oynamaq üçün gücü, istəyi əvəzedici heyətin yarımmüdfiəçisi Kamran Nəcəfzadədə gördüm. Həmin futbolçu gələcəkdə bizim “18-lik”də ola bilər.
- Premyer Liqada mübarizə aparan iddialı rəqibləriniz hazırda ölkə xaricində daha yaxşı toplanış keçirirlər. Onlara qarşı çempionatda mübarizə aparmaq çətin olmayacaq?
- Həmin klubların öz hazırlıq planı var. Bu turnirin olması da bizim üçün yaxşı oldu.
- Turnir cədvəlində komandanızın vəziyyəti yaxşı olmasa da, ilk üçlüklə xal fərqi çox deyil.
- Məqsədimiz rəqiblərimizlə xal fərqini azaldıb, Avropa Liqasında mübarizə aparmaqdır. Düşünürəm ki, Avropada yarışlarında iştirak edəcək klublarımızdan biri də “Neftçi” olmalıdır.
- Əsas diqqətiniz kuboka yönələcək, yoxsa Premyer Liqaya?
- Hər ikisinə. Premyer Liqada 6-ci sırada olsaq da, hələ ümidimizi itirməmişik. Hər iki cəbhədə şansımız var.
- Kluba yeni futbolçular cəlb edəcəksiniz?
- Hələ ki, əvəzedici heyətdən futbolçular cəlb etməyə çalışırıq. Fikrim var ki, 17 yaşlılardan da əsas komandaya oyunçu gətirək. Yaş bəzən aldadıcı olur. Ona görə də bütün futbolçuları sınaqdan keçirmək lazımdır.
- Devalvasiyadan sonra klublarımızın əksəriyyətinin maddi durumu yaxşı deyil. Bu amil “Neftçi”dən də təsirsiz ötüşmədi. Hazırda klubda nə kimi problemlər var?
- Bu gün “Neftçi”də elə bir problem yoxdur. Normal şəraitdə hazırlıq keçirik. Rəhbərlik tərəfindən yaxşı şərait yaradılıb. Təlim-məşq toplanışında heç bir çətinliyimiz yoxdur. Yalnız oyunların təşkilində problem ola bilərdi. O problemi də bu turnir aradan qaldırdı. Eyni zamanda bəzi klublarla yoldaşlıq görüşü keçirəcəyik.
- Yoxlama oyunlarında hansı rəqiblərlə qarşılaşacaqsınız?
- Əvəzedici heyətimizlə oyun olacaq. Yanvarın 19-u “Şəmkir”lə, 23-ü isə “Kəpəz”lə qarşılaşacağıq.
- Əksər klubların iddiasız duruma düşməsi gələcəkdə Avropa meydanlarında iştirak edəcək komandalar üçün nə dərəcədə problem ola bilər?
- Başqa klubların adından danışmaq istəmirəm, amma “Neftçi”yə heç bir təsiri olmayacaq. Rəqabət zəifləsə də, futbolçuların inkişafı yaxşılaşacaq.
Ergün SEYİD
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu