AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə klublarımızın çempionatın ikinici yarısına hazırlığı barədə fikirlərinizi bilmək istərdik. Bəzi klublar Türkiyədə, bəziləri isə ölkə daxilində hazırlıq keçir. Sizcə, hazırlığın yaxşı keçməsi üçün vacib şərtlər hansılardır?
- Ən vacibi odur ki, planlı şəkildə və peşəkarcasına failiyyət göstərsinlər. Hazırlıq üçün az müddət olduğu bir vaxtda vacib olan peşəkarlıqdır. Əgər yoxlama oyunlarında ciddi rəqiblərin varsa, hazırlığı ölkədə də davam etdirmək olar. Bəzi klublarımız bundan öncə də ölkə daxilində hazırlıq keçməklə çempionatda uğurlu nəticələr göstərib.
- Azərbaycanda və ölkə xaricində hazırlıq keçən klubların nə kimi fərqi olacaq?
- Hesab edirəm ki, indiki vaxtda bu, çox da önəmli deyil. Digər tərəfdən klubların əksəriyyətində maliyyə problemləri ortaya çıxıb. Bunun nə dərəcədə davamlı olacağını bilmirik. Bunun klublara nə dərəcdə zərəri olacağı başqa bir mövzudur.
- Düşünürsüz ki, yerli mühit klublarımızın hazırlıq keçməyi üçün əlverişlidir?
- Mən eşitmişdim ki, hətta bəzi xarici klublar təlim-məşq toplanışını Azərbaycanda keçirməyi planlaşdırır. Gərək biz hər şeyi dəyişək. Məncə, hazırlıq keçmək üçün Azərbaycanda da şərait var. Düzdür, burada səviyyəli rəqiblər azdır. Ancaq nəzərə alsaq ki, hazırlıq müddəti cəmi üç həftədir, deməli, ölkə daxilində də hazırlaşmaq olar. Ölkəmizdə hava şəraiti də əlverişlidir. Həmçinin, artıq “CBC Sport” kubokuna start verildi. Bu turnir klublara imkan verəcək ki, lazım olan güclü rəqiblərlə mübarizə aparıb, çempionata hazır olsunlar.
- Klublarımızın ilk iki dövrədəki çıxışı nə dərəcədə qənaətbəxş oldu?
- Klublar arasında rəqabət nə qədər güclü olsa, çempionatımızın səviyyəsi də o qədər yüksələcək. Bunun üçün rəqabət ilk növbədə klubların daxilində olmalıdır. Məyusedici məqamlar var. “Xəzər Lənkəran”ın hazırda autsayder olması bizi təəssüfləndirir. Xoşa gələn hallar da var. Çempionatın debütantı olan “Zirə” bu gün liderlər qrupundadır. Yenidən Premyer Liqaya dönən “Kəpəz” çempionatımıza rəng qatır. Düzdür, heç kim gözləmirdi ki, “Qarabağ” belə xal fərqi ilə ilk pillədə qərarlaşacaq. “Qəbələ”nin “Qarabağ”dan uzaq düşməsi gözlənilməz oldu. Bəlkə də çempionatın marağı elə bundadır. Fasiləyə qədər çempionatın səviyyəsi yüksək olmasa da, kifayət qədər maraqlı keçdi. İnanıram ki, fasilədən sonra bundan da maraqlı oyunlar izləyəcəyik.
- Klublarla görüşləriniz olur. Ölkədə baş verən devalvasiya onlara necə təsir edib?
-Dünən “Neftçi” klubunun rəhbərliyi ilə görüşdük. Məşqlərini izlədik, müxtəlif mövzulara toxunduq. Artıq klub rəhbərləri də başa düşür ki, tək sponsorların ümidinə qalmaq mümkün deyil. İdarəçilikdə ciddi dəyişikliklər olmalıdır. Yeni bir nəfəs, yanaşma olmalıdır. Klublar özlərini saxlamaq üçün ayrı-ayrı işlər görməlidir. Klurblarla mütəmadi görüşlərimiz olacaq. Bəli, əksər klublarımızda maliyyə problemi var. Ancaq biz bu məsələni səbəb kimi göstərməməliyik. Nə qədər ağır olsa da, özümüzdə güc tapıb, işimizi peşəkarcasına davam etdirməliyik. Çempionatın səviyyəsinin aşağı düşməsinə imkan verməməliyik. Bu, hər bir futbolçuya, məşqçiyə və klub rəhbərinə aiddir.
- Məşqçilər Komitəsinin üzvləri ilə müqavilələr yeniləndi. Növbəti bir il üçün qarşınıza hansı öhdəliklər qoyuldu?
- Ən vacib öhdəlik odur ki, AFFA tərəfindən verilən layihələrə nəzarət edək. Milli komandaları vahid bir sistemə gətiməliyik. Məşqçilər Komitəsi tərəfindən çox iş görülüb. Bəlkə də bu o qədər də hiss olunmur, ancaq bunun bəhrəsini görəcəyik. Hesab edirəm ki, bundan da çox iş görmək mümkündür.
- Yeniliklər, layihələr nəzərdə tutulub?
- Biz tez-tez AFFA rəhbərliyi qarşısında tövsiyələrimizlə çıxış edirik. Bəzi layihələri həyata keçirmək üçün maliyyə imkanları lazımdır. Bəziləri üçün zaman ehtiyac var. Ancaq yeni layihələr olacaq. Məşqçilər Komitəsi olaraq yaranmış bu çətin vəziyyətdə klubların və AFFA-nın yanında olacağıq. Vəziyyətdən çıxış yolunu birlikdə tapmalıyıq.
- Məşqçilər Komitəsinin 5-ci üzvü nə vaxt seçiləcək?
- Komitə üzvləri arasında namizədlər müzakirə olunub. Geniş bir siyahı hazırlamışıq. Tezliklə bu siyahını AFFA rəhbərliyinə təqdim edəcəyik. Xeyli namizəd var. Son söz AFFA rəhbərliyinin olacaq.
Ramiq AĞAMƏMMƏDOV
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək