Bir neçə aydır maaş ala bilməyən “Rəvan”ın futbolçularının iki gündür məşqə çıxmadığını xəbər vermişdik. Komandanın baş məşqçisi Bəhmən Həsənov vəziyyətlə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Məşqlərimiz davam edir, oyunlarımız da olacaq. Ümumilikdə bütün ölkədə maliyyə durumu elədir ki, bu gün maaş barədə danışıb, problem yaratmaq düzgün deyil. Səbr etmək lazımdır. Klub rəhbərliyi əlindən gələni edir. Futbolçular məşqə gəlməsə belə, biz davam edəcəyik.
- Gənc futbolçularla məşq edirsiniz?
- Yəqin ki, bir az gəncləşmə siyasəti aparılacaq. Bəli, gənclərlə məşqləri davam etdiririk.
- Futbolçularla söhbətiniz olub?
- Əlbəttə, dünən klubun vitse-prezidenti də durumu anlatdı. Mən də onlarla söhbət etdim. Təbii ki, qərarı futbolçular özləri verəcək.
- Məşqə gəlməyən futbolçularda günah görürsünüz?
- Elə vəziyyət olur ki, orada səbr etmək lazımdır, nəinki tələsik qərar vermək. Mən onları nə haqlı saya bilərəm, nə də haqsız. Peşəkar kimi məşqlərə davam etmək olardı. Bizim klubun məqsədi Azərbaycan futboluna töhvə verməkdir. Məqsəd yaxşı futbolçular yetişdirməkdir. Futbolçuların məşqə gəlməməyi nəyi dəyişəcək ki?
- Bundan sonra necə olacaq? Rəhbəlik nə deyir?
- Rəhbərlik demir ki, pul vermirik. Səbr etməyi tövsiyə edir. Hər şeyin düzələciyini deyirlər.
- Yəqin “CBC Sport” kubokunda iştirakınız da sual altındadır.
- Onu bilmirəm. Bu gün heyətimizin yarısı yoxdur. AFFA bizə verdiyi sözün üstündə durmadı. Bizə maliyyə dəstəyinin göstərilməməsi komandamızın son oyunlarına da təsir göstərdi. Buna görə də futbolçulara iradım yoxdur. Sadəcə, onlara tövsiyə etdim ki, düzgün qərar versinlər. Ən azı idman formasında qalmaq üçün məşq etmək olardı.
- Futbolçular bildirir ki, məşqə getməyə pulumuz yoxdur.
- Onların bunu düz, yaxud da yalan dediyini bilmirəm. Bunu özləri bilər. Qeyd etdiyim kimi, klub rəhbərliyi ilə görüşdüm. Hər zamankı kimi pul ayrılacağını bildirdilər. Ancaq futbolçular buna qane olmur. Onlar pulu bu gün almaq istəyirlər.
- AFFA “Rəvan”a dəstək olmasa, necə olacaq?
- Belə olsa, yəqin ki, yüksək liqada oynamağımız sual altına düşəcək. Buna ən yaxın günlərdə aydınlıq gələcək.
- Bu durumda transfer etməyiniz mümkündür?
- Baxışda bir neçə futbolçu var. Gürcüstan və Ukraynadan futbolçu dəvət etmişik. “Sumqayıt”dan Nuran Qurbanov, “İnter”dən Mansur Nəhavəndi gəlib. Bu futbolçular şərtlərlə razıdır. Narazı olanlar ancaq mövsümün əvvəlindən “Rəvan”da oynayanlardır. Maaşların ala bilməmələri onları narahat edir. Rəhbərlik deyib ki, hər bir futbolçu pulu son qəpiyinə qədər alacaq.
- Ancaq bunun nə vaxt olacağı bəlli deyil...
- Qısa zamanda veriləcəyini deyirlər. Bu gün də ola bilər. Mən mühasib deyiləm, ancaq yəqin problem var ki, bu qədər gecikir. “Rəvan”da heç vaxt belə problem olmamışdı. İndiyədək yerli futbolçuların heç birinin maaşı keçikməyib.
- Məşqçilərin də maaşı kecikir?
- Biz bir kollektivik. Hamı eyni durumdadır. İdarə heyəti də futbolçularla eyni vaxtda maaş alır. Futbolçuların maaş almağın ən çox biz məşqçilər heyəti istəyirik. Çünki maaşı birinci onlar alır, sonra biz. Heç vaxt məşqçinin maaşı futbolçulardan tez verilmir.
- Fərid Quliyevi komandadan qovmağınız düzgün xəbərdir?
- Bəli. Mən “Rəvan”a gələndə şərtlərimi futbolçulara demişdim. Bildirmişdim ki, kim məşqlərdə canla- başla çalışsa, meydana da o çıxacaq. Oram-buram ağrıyır deməklə oynamaq olmaz. Bunun üçün həkim var. Məşqə çıxırsansa, çalışmalısan. Onun çalışmağı məni qane etmədiyi üçün məşqdən çıxardım və dedim ki, özünə yeni klub tapsın.
Ramiq AĞAMƏMMƏDOV
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı