Hazırda “Zirə” klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandanın salvadorlu hücumçusu Nelson Bonilla Qol.Az saytına müsahibəsində hazırlıq prosesi və digər məsələlər haqda danışıb
- Artıq komandan hazırlıq prosesinə start verib. Toplanış necə keçir?
- Bir neçə gündür ki, məşqlərə başlamışıq. Hər şey qaydasındadır. Çempionatın ilk yarısında bacardığımız qədər yaxşı nəticələr əldə etməyə çalışdıq. Pis də alınmadı. Bu uğuru davam etdirmək üçün hazırlıq prosesini yaxşı keçib, uğurlarımızı davam etdirməliyik. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda turnir cədvəlində yaxşı mövqedə qərarlaşaq.
- Premyer Liqaya vəsiqə qazanan zaman heç kim “Zirə”dən bu nəticələri gözləmirdi. Səncə, bu uğurun memarı kimdir?
- Uğurda bütün komandanın əziyyəti var. Xüsusilə məşqçilərin gördüyü işlər danılmazdır. Eyni zamanda “Zirə”də futbolçular arasında gözəl münasibət var. Hansı komandada belə mühit olsa, uğur qazana bilər.
- Artıq uzun müddətdir Azərbaycandasan. Çempionatımızı necə dəyərləndirirsən?
- Gərgin çempionat keçir. Turnir cədvəlində 2-ci yerdə olan komanda ilə 5-ci pillədəki komanda arasındakı xal fərqi azdır. Bu da onu göstərir ki, Azərbaycanda yaxşı mübarizə aparan klublar var.

- Səncə, belə gərgin keçən çempionatda komandan hara kimi irəliləyə bilər?
- Biz ilk olaraq çempionatda qalmaq haqqında düşünürdük. Amma qazandığımız nəticələr göstərdi ki, daha yaxşısını edə bilərik. Mən də komandam üçün əlimdən gələni əsirgəmirəm. “Zirə”nin qazandığı uğurlarda pay sahibi olmaq mənim üçün də sevindiricidir.
- Yəni komandan mövsümün sonuna turnir cədvəlindəki mövqeyini qoruyub saxlaya biləcək?
- Bu, bizdən aslı olan bir haldır. Əgər bu günə kimi istəyimizə nail olmuşuqsa, niyə də davamını gətirməyək? İşimizin öhdəsindən layiqincə gəlməyi bacaracağıq. Düşünürəm ki, çempionatın sonunda əziyyətimizə dəyəcək nəticə əldə edəcəyik.
- Necə düşünürsən, klublarımızdan hansı ilə mübarizə aparmaq daha çətindir?
- İlk 2 dövrədən sonra deyə bilərəm ki, bütün komandalara qarşı oynamaq çox çətin idi.
- Azərbaycan futbolu haqqında daha öncə məlumatın var idi?
- Az məlumatım vardı. Amma Bakıya gələndən sonra ölkəniz və futbolunuz məni yaxşı mənada təəccübləndirdi. Bakını çox sevirəm.
- Adətən, amerikalı futbolçular texniki cəhətdən üstün olan komandalarda oynamağı sevir.
- “Zirə”də özümü çox yaxşı hiss edirəm. Komandamdan və futbolçularımızdan da məmnunam. Əsas odur ki, çempionatın sonu bizim üçün yaxşı nəticələnsin.
- “Zirə”də qarşına qoyduğun əsas məqsəd nədir?
- Biz komanda şəklində məqsədlərimizə çatmağa çalışırıq. Qeyd etdiyim kimi, ilk olaraq çempionatda qalmaq haqqında düşünürdük. Bu məqsədimizi turnir cədvəlində riyazi cəhətdən həll etmiş olsaq, digər məsələlər barədə də düşünə bilərik.
Ergün SEYİD
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var