“Kəpəz” klubunun müdafiəçisi Tərlan Quliyev Qol.Az saytına müsahibə verib.
- Qış fasiləsindən necə yararlanırsınız?
- Hazırlıqlara bu gün Yevlaxda başlamışıq. Bir həftə burada qalacağıq. Fiziki və topla məşqlərimiz olacaq. Demək olar ki, bütün ağır məşqlərimizi Yevlaxda keçəcəyik. Bu müddət ərzində bir yoxlama oyunu da keçirməliyik. Sonrakı yoldaşlıq görüşlərimiz Bakıda baş tutacaq.
- Yevlaxda hansı komanda ilə qarşılaşacaqsız?
- Rəqibin kimliyi hələ məlum deyil. Əvəzedici komandayla birlikdə məşq edirik. Ola bilsin ki, elə onlarla yoxlama oyunu keçirək.
- Yevlaxda infrastruktur Gəncədəkindən fərqlənmir. “Kəpəz”in ölkə xaricində toplanış keçməməsi komandaya necə təsir edə bilər?
- Düşünürəm ki, elə də təsiri olmayacaq. Çünki biz Azərbaycanda top komandalardan deyilik ki, yüksək texniki və fiziki hazırlığa ehtiyacımız olsun. Komandamız təzə yaranıb və bu pilləyə gəlməyimizdə əzmkarlığımız əsas rol oynayıb.
- Amma nəzərə alsaq ki, əsas rəqiblərinizdən çoxu toplanışı Azərbaycandan kənarda keçir. Fasilədən sonra bu komandalarla mübarizə aparmaq sizin üçün çətin olmayacaq?
- Oynadığım digər klubların heyətində mən də ölkə xaricində toplanışda olmuşam. Digər ölkələrdə toplanışın üstün cəhəti yoldaşlıq oyunları üçün klubların çox olmasıdır. Həm də stadionlar burdakılardan yaxşı səviyyədədir. Bu amillər yaxşı toplanış keçməyimizə mane ola bilər.
- Ümumiyyətlə, “Kəpəz”in ilk dövrə üçün nəticələrini necə qiymətləndirirsən?
- Premyer Liqaya yeni qoşulan klub olaraq yaxşı nəticələr qazandıq. Gənc futbolçulardan təşkil olunmuş komanda kimi turnir cədvəlində 5-ci pillədə qərarlaşmaq bizim üçün yaxşı nəticədir.
“Zirə” də bizim kimi yeni komandadır. Amma onların maliyyə durumu bizdən yaxşıdır. Ən əsası isə ehtiyat oyunçularının sayı çoxdur. İstədikləri vaxt heyətdə dəyişiklik edə bilirlər. Bizdə isə bu baxımdan çətinliklər var. Amma “Kəpəz”dəki mehribanlıq və əzmkarlıq bizi istədiyimiz yerə aparacaq səviyyədədir.
- İkinci pillədə qərarlaşan “İnter”lə aranızda cəmi 4 xal fərq olduğunu nəzərə alsaq, ən azı Avropa Liqasına vəsiqə qazanmaq mümkün olacaq?
- Bu pilləyə kimi gələ bilmişiksə, çalışıb Avroliqaya vəsiqə qazana da bilərik. Sadəcə yaxşı hazırlaşmaq və əzmkar mübarizə aparmaq lazımdır.
- Sizdən bir pillə aşağıda qərarlaşan “Neftçi” də ilk üçlük uğrunda mübarizə aparacaq.
- “Neftçi” Avropa Liqasında oynamağa layiq komandadır. Düzdür, bu dəqiqə əsas məqsədimiz “Neftçi”ni özümüzdən irəli buraxmamaqdır. Amma bizim üçün “Zirə“ ilə oynamaq, “Neftçi” ilə mübarizə aparmaqdan daha asandır. Çünki hər iki komanda ilə oynadıq. “Neftçi” ilə oyunlarımız daha ağır keçdi. Amma “Zirə ilə oyunda çox rahat idik. Bütün bunlara baxmayaraq, əvvəlcədən danışmaq da olmaz. Növbəti mərhələdə nələr olacaq bilmirik. Çempionatın sonuna doğru çox şey dəyişə bilər.
- Ümumiyyətlə, rəhbərlik tərəfindən futbolçuların qarşısına hansı məqsəd qoyulub?
- Hamıya məlumdur ki, Azərbaycan futbolunda çətinlik çoxdur. Bu problemlər “Kəpəz”dən də yan ötüşməyib. Amma biz mübariz komandayıq. Qarşımıza qoyulan məqsəd də Avropa Liqasına vəsiqə qazanmaqdır.
- Onda “Kəpəz” azarkeşləri komandalarının bu mövsüm Avroliqada oynayacağını gözləyə bilər?
- Azarkeşlər hər zaman olduğu kimi bizi yaxşı dəstəkləsinlər və “Kəpəz”dən gözəl oyun gözləsinər. Bu, futboldur. Hər matçda qələbə qazanmaq olmur. Amma onların dəstəyinə hər zaman ehtiyacımız var.
Ergün SEYİD
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var