“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Mövsümün ikinci yarısı üçün hazırlıqlar nə yerdədir, transfer işləriniz necə gedir?
- Göndərilən oyunçuların əvəzinə ikisi legioner, biri yerli olmaq şərtilə üç futbolçu transfer etmək istəyirik. Bilirsiniz ki, qışda azad agent statuslu futbolçu tapmaq çətindir. Tapmasaq, biri ilə də kifayətlənə bilərik. Axtarışlar gedir.
- Klubun cəmi üç futbolçu axtarışında olması baş məşqçinin istəyidir, yoxsa devalvasiyanın nəticəsidir?
- Bəli, bunu Qriqorçuk istəyib. Qış fasiləsində yaxşı futbolçu tapmaq çətindir.
- Manatın devalvasiyası “Qəbələ”yə necə təsir edəcək? Mövsümün ikinci yarısı üçün planlarınızda dəyişiklik olacaq?
- Sözsüz ki, devalyasiya bizə də təsirsiz ötüşməyəck. Ancaq hələ ki, klub prezidenti ilə görüşüb, nəyi necə eləmək lazım olduğunu müzakirə etməmişik. Klub prezidenti hazırda ölkə xaricindədir. Gələndən sonra bu barədə söhbətimiz olacaq.
- Komandadan yenə göndərilənlər olacaq?
- Xeyr. Baş məşqçinin qərarı ilə bəzi futbolçularla yolları ayırdıq, bəziləri isə özü getmək istədi. Artıq göndərilən olmayacaq.
- AFFA borcları olduğu üçün “Qəbələ” də daxil olmaqla 9 kluba sansksiyalar qoyub. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qəbələ”nin borc məsələsində AFFA ilə razılaşdığını deyib. Qoyulan qadağalar “Qəbələ”yə şamil olunmur?
- Bəli, hamı kimi bizim də PFL-ə borcumuz var idi. Eyni zamanda yayım hüququna görə AFFA-dan alacaqlarımız var idi. İki qurumun mühasibatları ayrı-ayrı olsa da, danışıb razılaşdıq ki, PFL-ə olan borcumuzu AFFA ödəsin. Bununla da məsələ həll olundu.
- Yeni ildə “Qəbələ”dən nə gözləyirsiniz?
- Bizim hədəflərimiz dəyişmir. Düzdür, son oyunlarda xeyli xal itirdik. “Qarabağ”la 10 xallıq fərq yarandı. Ancaq mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəf dəyişməyib. Çempionluğa oynayacağıq. Həm çempionluq, həm də kubok üçün mübarizə aparacağıq. Minimum hədəf avrokuboklara vəsiqə qazanmaqdır.
- Roman Qriqorçukla yeni müqavilə imzalandı. Baş məşqçinin qarşısına yeni öhdəliklər qoyuldumu?
- Qriqorçuk da hədəfləri bilir. Sadəcə, yeni müqavilə imzalayanda onunla danışdıq ki, Syominlə olan halı təkrar yaşamayaq. O da razılaşdı. Bundan sonra müqavilənin müddətini artırdıq. Öhdəliklərə gədikdə isə Qriqorçuk öhdəsinə düşəni bilir.
- “Qəbələ” Futbol Akademiyasına yeni direktorun təyinatı nə vaxta nəzərdə tutulub?
- Axtarışlarımız davam edir. Ancaq yaya qədər akademiyaya baş məşqçi Halim Fıçıcı rəhbərlik edəcək. Əcnəbi mütəxəssis dəvət edəcəyik. Bizə uyğun mütəxəssis axtarırıq.
Ramiq AĞAMƏMMƏDOV
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”