“Zirə”nin baş məşqçisi Adil Şülkürov Qol.Az saytına müsahibəsində komandasının qış hazırlıq planından, transfer işlərindən və digər məsələlərdən danışıb.
- Qış fasiləsindən necə istifadə edirsiniz?
- Komandada hər şey yaxşıdır. Dünəndən məşqlərə başlamışıq. Ayın 8-nə qədər klubun bazasında hazırlıq keçəcəyik. Antalyada üç yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq. Bundan sonra çatışmazlıqları aradan qaldırmaqla məşğul olacağıq.
- Yoxlama oyunları keçirəcəyiniz rəqiblər bəllidir?
- Bir rəqibimiz məlumdur. Rumıniyanın "Tırqu-Mureş" klubu ilə müqavilə bağlamışıq. Digər iki rəqibin də adı bəllidir. Müqavilə imzalanandan sonra rəsmi açıqlama verəcəyik.
- Transfer işləri necə gedir?
- Elə bir komanda yaratmışıq ki, hər bir futbolçumuz oynamaq istəyir və buna layiqdir. Meydanda 11 futblçu olur. Ehtiyatda qalan yaxşı futbolçularımız var. Onlara bildirmişik ki, hər hansı daha çox oynamaq istəyirsə, başqa kluba keçmək istəyirsə, buna imkan verəcəyik. Geniş heyətimiz var. Qış fasiləsinə qədər əlimizdə 28 futbolçu var idi. Onların heç biri oyun praktikasından geri qalmayıb. Mümkün qədər əvəzedici heyətdə şans vermişik. Bəziləri isə ancaq əsas heyətdə oynamaq istəyirdi. Bu da təbiidir. Həmin oyunçular bizə müraciət etdi və qarşılıqlı razılıq əsasında müqavilələri ləğv olundu.
- İkisi legioner olmaqla 4 futbolçu ilə yolları ayırdınız. Bu, onların etimadı doğrultmamsı ilə əlaqədardır, yoxsa devalvasiyanın da təsiri var?
- Devalvasiya sarıdan heç bir problemimiz yoxdur. Klubun bizə olan münasibətini nəzərə alıb ortaq məxrəcə gəlmişik. Futbolçuların işi oynamaqdır. Onların gedişi təbiidir. Futbolçu oynadıqca üzdə olur. Gedənlər asas heyətə düşə bilməyən futbolçulardır.
- Qeyd etdiniz ki, heyətiniz genişdir. Komandadan yenə göndərilənlər olacaq?
- Biz heç kimi göndərməmişik. Onların hər biri ilə müqavilə imzalamışdıq. Gedən futbolçunun hər biri özü bizə müraciət edib. Mənim kimisə göndərmək fikrim yoxdur. Ancaq yenə kimsə “Zirə”ni tərk etmək istəsə, ona mane olmayacağıq.
- Komandaya yeni legionerlər cəlb olunacaq?
- Bu barədə klub rəhbərliyi ilə bir daha danışacağıq. Biz ilk gündən güclü kollektiv yaratmaq istəyirik. Bu, yerli futbolçulardan da ola bilər, legioenerlərdən də.
- Son günlər baş verən proseslər klublara da da maddi baxımdan təsirsiz örüşmədi. Bu sarıdan “Zirə”də vəziyyət necədir?
- Qeyd etdiyim kimi, biz həm rəhbərliklə, həm də futbolçularla ortaq məxrəcə gəlmişik. Hamısı ilə razılaşmışıq. Hamı dərk edir ki, işimizə davam etməliyik. Rəhbərliyin bizə göstərdiyi etimadı doğrultmaq lazımdır.
- Borcları olduğuna görə AFFA tərəfindən “Zirə” də daxil olmaqla 9 kluba sanksiyalar qoyuldu. “Zirə”nin borcu çoxdur?
- Bu barədə geniş məlumatım yoxdur. Yəqin ki, klub rəhbərliyi yaxın günlərdə bu məsələni həll edəcək. Böyük məbləğdə borcumuz yoxdur. Hər halda klub rəhbərliyi bunu daha yaxşı bilər.
- “Qarabağ”ın futbolçusu Vüqar Mustafayevin “Zirə”yə keçidi gündəmdə idi. Bu məsələ nə yerdədi?
- Konkret ad çəkmək istəmirəm. 3-4 futbolçu var ki, biz onlarla danışıq aparırıq. Həmin futbolçuların klubları ilə müqaviləsi var. Adların çəksəm, gələcək karyeralarına ziyan ola bilər. Tam razılıq əldə olunandan sonra açıqlama verəcəyik.
- “Zirə” qış fasiləsinə qədər nəticələri ilə hər kəsi yaxşı mənada təəccübləndirdi. Mövsümün sonunda da komandanızdan sürpiz gözləmək olar?
- Biz ilk gündən hansısa yer üçün çalışmamışıq. Bizim hədəfimiz hər bir komadaya qarşı oyuna hazırlaşanda olur. Hədəfimiz hər oyunda qalib gəlməkdir. İndiki vaxtda biz bunu düşünməliyik. Aydın məsələdir ki, hər qazanılan xal bizi liderlər qrupuna daşıyır. İşimizə davam edirik. Daha güclü komanda formalaşdırmağa, daha yaxşı yerdə qərarlaşmağa çalışcağıq.
Ramiq AĞAMƏMMƏDOV
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”