"Sumqayıt"ın futbolçusu Uğur Pamuk Azərbaycan Premyer Liqasının 16-cı turunda "İnter"ə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsən?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Son üç matçda son dəqiqələrdə qələbəni əldən verdik. “İnter”lə oyuna isə ancaq qalib gəlməyi düşünürdük. Bərabərlik belə istəmirdik. Qarşılaşmanın sonuna kimi meydanda vuruşduq və layiq olduğumuz qələbəni qazandıq. Düşünürəm ki, yaxşı da oyun oynadıq. Daha çox qol vura bilərdik.
- Oyunun ilk hissəsində 3 qol vuracağınızı gözləyirdiniz?
- Xeyr. “İnter” zəif komanda deyil. Onların müdafiəsi çox güclüdür. Bu komandaya qol vurmaq asan deyil. “Qarabağ”la oyunlarını izləmişdik. Həmin oyunda səhvə yol vermədilər. Bu gün isə biz yaxşı formada idik. Sevinirəm ki 3 qol vuraraq matçın taleyini həll etdik.
- Hakimlər qarşılaşmanı necə idarə etdi?
- Yəqin ki, penalti epizoduna görə deyirsiniz. Həmin epizodda 100 faizlik kobudluq var idi. Futbolçunun özü də etiraf etmişdi ki, penalti var idi. Hakim də insandır, səhvə yol verə bilər. Ola bilər ki, baş hakim uzaqda idi görmədi, amma yan hakimi həmin epizodu mütləq görməli idi.
- Son turlarda “Sumqayıt”ın belə uğurlu çıxış etməsinin xüsusi səbəbi varmı?
- Əsas səbəb kimi baş məşqçimizi göstərərdim. Samir Abasov komandanı həm məşqlərdə, həm də motivasiya baxımından çox yaxşı hazırlayır. Yəni bütün bunlar onun əməyidir.
- Aqil Məmmədov bunları bacarmırdı?
- Deməzdim bacarmırdı. Hər məşqçinin öz hazırlıq planı var. Sadəcə həmin vaxt bizim düşüş anımız idi. “Sumqayıt” həmişə çempionat başlayanda yaxşı çıxış etmir. Sonradan isə komanda toparlanır.
- Ola bilərmi çempionata yay hazırlığını zəif keçirsiniz?
- Ola bilər.
- Növbəti tur “Qarabağ”la qarşılaşacaqsınız. Uğurun davamını gətirə biləcəksiniz?
- “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Amma biz onların meydanına məğlub olmağa yox, ancaq qələbə üçün gedirik. İlk oyunda onlara qalib gəldik. Növbəti matç da yaxşı hazırlaşıb 3 xal qazanmağa çalışacağıq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri