“Qəbələ”dən sonra ən çətin rəqibimiz ”Kəpəz”dir” – Coşqun Diniyev

“Qəbələ”dən sonra ən çətin rəqibimiz ”Kəpəz”dir” – Coşqun Diniyev
GÜNDƏM 22 Noyabr 2015 / 17:56 3268
-  A +

“Qarabağ”ın futbolçusu Coşqun Diniyev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Kəpəz”ə qalib gəldikləri oyundan (3:0) sonra Qol.Az saytının suallarını cavablandırıb

- Atanın komandasını ikinci dəfə məyus etdiniz. Hansı hisslər keçirirsən?

- Həm yaxşı, həm də pis.

- Şahin Diniyev qələbə münasibəti ilə səni təbrik etdi?

- Bəli.

- Amma etiraf edək ki, elə də asan qələbə qazanmadınız.

- Oyundan əvvəl həm baş məşçimiz, həm də biz futbolçular bilirdik ki, “Kəpəz” ciddi rəqibdir. Gözlədiyimiz kimi də çətin oyun keçdi. “Kəpəz” bizim üçün “Qəbələ”dən sonra ən çətin rəqiblərdən biridir. Ona görə də əvvəlcədən onlardan belə oyun gözləyirdik.

- Matçın ilk dəqiqələrində niyə oyununuz alınmırdı?

- Demək olar ki, rəqib bizi yaxşı təhlil etmişdi və ilk hissədə qarşımızı məharətlə alırdı. “Kəpəz”in futbolçuları meydanda həqiqətən də əzmkar mübarizə aparırdı. Amma ikinci hissədə üstünlüyü ələ alıb, əlimizə düşən imkanlardan yararlanmağı bacardıq. Vurduğumuz qoldan sonra “Kəpəz”in də irəli atılması işimizi asanlaşdırdı.


- Yəni oyununuzdan razı qaldınız?

- Düşünürəm ki, yaxşı oynadıq. Bəlkə də çempionatda ən yaxşı oyunlarımızdan biri idi.

- Çempionatda əsas rəqib kimi “Qəbələnin adını çəkdin. Onların xal itirməsi çempionluq yolunda nə dərəcədə işinizə yarayacaq?

- Bu haqda danışmaq hələ tezdir.

- Amma çempionatın gedişi göstərir ki, “Qarabağ”ın ciddi rəqibi yoxdur.


- Yenə qeyd edirəmki, bu barədə danışmaq hələ tezdir. Biz də “Sumqayıt”la oyunda xal itirdik. Qarşıdan gələn oyunlarda da xal itirə bilərik. Deməzdim ki, “Qarabağ”ın qarşısına çıxacaq komanda yoxdur. Əsas odur ki, xal itirmədən irəliləyə bilək.

- “Tottenhem”lə oyunda nəyə ümid etmək olar? Səncə, qələbə qazana biləcəksinizmi?

- Hər iki komandanın şansı var. Onlar da Bakıya qələbə qazanmaq üçün gələcək. Çalışacağıq istədiyimiz nəticəni qazanaq. Bizi çətin oyun gözləsə də, üç xal üçün meydana çıxacağıq.

- Yəqin ki, “Tottenhem” “Qarabağ”la oyuna kimi növbəti mərhələni təmin etsəydi, sizin üçün daha asan olardı.

- Avropa klubları belə şeyə əhəmiyyət vermir. Bəzən görürsən ki, növbəti mərhələni özü üçün təmin edən klub gedib səfərdə böyük hesabla qələbə qazanır.

Ergün SEYİD

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır