Rusiyanın U-21 yığmasının baş məşqçisi Dmitri Xomuxa “sport-ekspress” nəşrinə müsahibə verib.
Qol.Az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis "Avro-2017"nin seçmə mərhələsində millimizə 0:3 hesabı ilə uduzduqları oyun haqda danışıb.
- Azərbaycana məğlubiyyətin səbəblərini açıqlaya bilərsiniz?
- Bir səbəb yoxdur. Amma çoxlu amillər var. Azərbaycanla oyundan öncə biz iki oyun keçirmişdik. Xorvatiya ilə yoxlama görüşü və Farer adaları ilə seçmə mərhələ matçında müsbət nəticələr qazandıq. Bu, uşaqlarda motivasiyanı aşağı saldı. Onlar Azərbaycanla oyunda da asanlıqla qələbə qazanacaqlarını düşündülər. Lakin bu, düşüncə bizi yanıltdı.
- Deməli, rəqibi düzgün qiymətləndirməməyiniz məğlubiyyətə səbəb oldu?
- Böyük ölçüdə, hə. Amma uşaqların çalışqanlığını qeyd etməmək olmaz. Sadəcə, oyuna köklənmə və hücumları məntiqi sonluqla başa çatdırılması istənilən səviyyədə deyildi.
- Sizcə, Mirançuk oyunun əvvəlində qol vursaydı, fərqli nəticə ola bilərdi?
- Oyunun necə nəticələnəcəyini deyə bilmərəm. Amma hesabı açsaydıq, rəqib daha çox irəli atılacaqdı. Belədə Azərbaycan millisinin müdafiəsində boşluqlar yaranardı.
- Komandanızın müdafiədə bərbad oynadığı fikri ilə razısınız?
- Bəli.
- Sirr deyilsə, oyundan sonra futbolçulara nə dediniz?
- Onlara dedim ki, sizə klublarınızda oynamaq üçün şans verilməməsi ilə bağlı söhbətlər gəzir. Ancaq Azərbaycan yığması onların əsl səviyyəsini göstərdi. Ona görə də müsahibə vermək əvəzinə klublarında öz üzərlərində çox işləmələri, nəyə qadir olduqlarını göstərmələri lazımdır.
- Bəs Azərbaycan yığmasındakı vəziyyət fərqlidir?
- Onlar mütəmadi olaraq Azərbaycan çempionatında oynayırlar, təcrübə toplayırlar.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar