“Qəbələ”nin futbolçusu Ürfan Abbasov Azərbaycan milli komandasında ilk oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, Moldova ilə yoldaşlıq matçında (2:1) debüt edən 23 yaşlı müdafiəçi qarşılaşma haqda fikirlərini klubun saytına açıqlayıb:
“Moldova ilə oyunda rəqibdən daha yaxşı oynadıq. Bunun nəticəsində daha çox qol imkanlarımız da oldu. Moldovanın zəif komanda olduğunu da demək olmaz. Oyun bizim istədiyimiz kimi alındı. Milli komandada oynamaq qürurverici hissdir. Debütümə görə mənə şans verən baş məşqçiyə təşəkkür edirəm. Moldova ilə matç yığmada ilk oyunum idi. Qarşıdakı oyunlarda etimad göstərilsə, özümü daha yaxşı göstərəcəyəm. Daim milliyə çağırılmaq üçün klubda da həmişə çıxış etmək lazımdır. Bunun üçün çox çalışmaq lazımdır. Mən də bundan sonra üzərimdə daha da çox çalışacağam”.
Abbasov Azərbayca Premyer Liqasının ilk 12 turundakı çıxışı və noyabrın 21-də “Sumqayıt”la keçiriləcək oyun haqda da fikirlərini bildirib: “Son turlarda keçirdiyimiz oyunlar istədiyimiz kimi alınmadı. Lakin qarşıdakı matçlara hazırlaşırıq. Hər qarşılaşmada yaxşı oyun göstərib, xal hesabımızı artırmağa çalışacağıq. Mövsümün ilk 12 turundakı öz çıxışıma gəlincə, tam razı deyiləm. Amma üzərimdə daha çox çalışmaqla daha da yaxşı oynamağa çalışıram. Komandamız hər görüşə qələbə üçün çıxır. “Sumqayıt”la səfər oyununa da 3 xal üçün yollanacağıq. Düşünürəm ki, rəqib meydanında yaxşı nəticə qazanarıq”.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar