“Qəbələ” Futbol Akedemiyasının sabiq direktoru Əli Yavaşın Qol.Az saytına müsahibəsi
- “Qəbələ”nin əsas komandasının oyunlarını izləyirsiniz?
- Demək olar ki, imkan daxilində bütün oyunlarına baxıram. “Qəbələ”nin Bakıda Avropa Liqasında “Panatinaikos”la oyununa qonaq kimi dəvət etmişdilər. Çox gözəl oyun sərgilədilər. Cavab matçında isə komandada əzmkarlıq və mübarizlik hiss olunurdu. Avroliqanın qrupuna düşmək böyük uğurdur. “Qəbələ”nin Avropada varlığını sübut etməsi önəmli hadisədir. Düşünürəm ki, bundan sonra da təcrübələrini artırıb, daim avrokubokların qrupunda oynayacaqlar.
- “Qəbələ”nin Avroliqada qrupa düşə biləcəyinə inanırdınız?
- Bütün səmimiyyətimlə inanırdım. Çünki “Qəbələ” çox önəmli bir klubdur. Komandada yaxşı işlər görülür. Ən əsası işlər düzgün idarə olunur. “Qəbələ”nin prezidenti Tale Heydərov başda olmaqla bütün klub rəsmilərini yaxından tanıyıram. Hər biri futbolun inkişafını düşünən insanlardır. Belə klub rəhbərinə, idarəçilərə, məşqçilərə malik olan klub inkişaf edib uğur qazanacaq.
- Sizcə “Qəbələ” Avropa Liqasının qrupunda layiqli oyun sərgiləyə bilirmi?
- Onlar bacardıqlarından artığını etdilər. Nəzərə alın ki, “Qəbələ” Dortmund “Borussiya”sı kimi bir klubla mübarizə aparırdı. Bunun özü bir təcrübədir. Artıq növbəti mövsümlərdə daha fərqli oyun sərgiləyəcəklər, daha diqqətli olacaqlar.
- Roman Qriqorçukun Avropa Liqasının oyunları zamanı əsas heyətdə daha çox əcnəbi futbolçulara yer verməsini necə qarşılayırsınız?
- Əslində istərdik “Qəbələ”nin yetirmələrini və yerli futbolçuları daha çox meydanda görək. Amma Qriqorçuk təcrübəli və işini bilən baş məşqçidir. Yəqin onların daha təcrübəli olduğuna inanaraq meydana buraxır.
Ergün SEYİD
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı