“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.
Bu haqda Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Hazırda milli komandanın düşərgəsində olan kapitan Rəşad Sadıqovun məşq zamanı əzələsi dartılıb. Həkimlərin ilkin diaqnozuna görə, R.Sadıqov 2 həftə oynamayacaq.
R.Sadıqovun noyabrın 26-da Bakıda “Tottenhem”ə qarşı keçiriləcək Avroliqanın qrup mərhələsində oyununda iştirak edib-etməyəcəyinə gəlincə, N.İbrahimov deyib: "Həkimlər Rəşada ən azı 10 gün topa toxunmağı icazə verməyib. Yalnız həmin müddət başa çatdıqdan sonra Rəşadın “Tottenhem”lə matçda iştirak edib-etməyəcəyi dəqiqləşəcək".
Xatırladaq ki, bundan öncə "Qarabağ"ın lider oyunçularından olan Reynaldo Silva da zədələnmişdi. O, bu il heç bir matçda oynaya bilməyəcək.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı