”Nefçi”nin çıxış yolunu bilsəm də, demərəm”

”Nefçi”nin çıxış yolunu bilsəm də, demərəm”
ÖLKƏ FUTBOLU 12 Noyabr 2015 / 12:52 8522
-  A +

“Görünən kəndə nə bələdçi? “Neftçi”nin durumu göz qabağındadır. Ancaq bu gün “Neftçi”də başqa baş məşqçi və məşqçilər var. Buna görə də komandanın nəticlərinə onlar cavab verməlidir”.

Bu sözləri Qol.Az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Sabiq komandasının bu vəziyyətə düşəcəyini əvvəlcədən
proqnozlaşdırdığını bildirən Hacıyev çıxış yolları haqda danışmaq istəməyib:

“Mənim çalışdığım dövrdəki “Neftçi” ilə indiki “Neftçi” arasındakı fərqi görürsünüz. Bu gün kiminsə bostanına daş atmaq istəmirəm. İndi o klubda Əsgər Abdullayev, Vəli Qasımov və Səməd Qurbanov kimi şəxslər çalışır. Onlarda da futbolu az bilmir. 

Çıxış yolunu bilsəm də, demərəm. Özləri bilərlər. O dövrdə demişdim ki, mən “Neftçi”dən gedəndən 5-6 ay sonra klubun vəziyyətinə bir yerdə baxarıq. Nə demişəmsə hamısı zamanla olacaq”.

Daha çox


Son xəbərlər