“PSJ-də yalnız bir lider var” – İbrahimoviç

“PSJ-də yalnız bir lider var” – İbrahimoviç
DÜNYA FUTBOLU 11 Noyabr 2015 / 02:10 4610
-  A +

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Paris klubundakı rolundan danışıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, isveçrəli forvard yenə özünəməxsus açıqlaması ilə yadda qalıb:

“PSJ-də yalnız bir lider var. Bəli, söhbət Zlatandan gedir. Mən belə şeyləri deməkdən çəkinmirəm. PSJ-yə böyük hörmətim var, ancaq mən bu kluba gələndə böyük işlər görülməmişdi. Biz birlikdə güclü komanda yaratdıq”.

Gələcək karyerası haqda danışan İbrahimoviç digər ulduz futbolçular kimi ABŞ-a gedəcəyini istisna etməyib: “Hər şey ola bilər. Hələ ki, özümü PSJ-də yaxşı hiss edirəm. Pis oynamıram, ancaq 6 aydan sonra nə olacağını deyə bilmərəm”.

Son xəbərlər