“Qəbələ” son zamanlar istər ölkə çempionatında, istərsə də Avropa Liqasında uğurlu çıxışları ilə yadda qalır. Komanda tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Amma maraqlıdır, "Qəbələ"nin ölkə çempionatında ev oyunlarına yetərincə azarkeşin gəlmir.
Görəsən, niyə?
Bununla bağlı Qol.Az-ın suallarını cavablandıran klubun meneceri Səməd Nəsibov deyir:
- Həqiqətən komandanın uğurlu çıxışlarının fonunda azarkeşlərin bu qədər az olması təəssüf doğurur. Bunun bir çox səbəbi ola bilər. Biz müxtəlif tədbirlər təşkil edirik. Ancaq bu gün kifayət qədər azarkeş yoxdursa, deməli, daha çox çalışmalıyıq. Yəqin ki, nəyisə tam etmirik. 
- "Qəbələ" 2-3 il əvvəl ciddi bir uğura imza atmasa da, azarkeşləri indikindən çox olurdu.Sizcə, bunun səbəbi nədir?
- Görünür, oyunumuza hər zaman eyni azarkeşlər gəlirmiş. Yəqin bu illər ərzində azarkeş sayını çoxalda bilməmişik. Yəni "Qəbələ" 6-cı yer üçün oynayanda kimlər gəlirdisə, indi də həmin azarkeşlər gəlir. Əslində azarkeşlərin stadiona gəlməsi üçün çox iş görürük. Ancaq bu elə bir məsələdir ki, görülən işlərin çoxunu ictimaiyyət bilmir. İşlərin müəyyən mərhələsinin tamamlanması ilə uğurlarımız üst-üstə düşməyə bilər. Ümid etməklə heç nə olmur. Daha çox işləməliyik ki, azarkeşləri stadiona gətirək. Azarkeşlər gəlmirsə, klub azarkeşlərin yanına getməlidir. Yeni proyektlər hazırlayırıq. Düşünürük, nəsə edək ki, daha çox insana səsimiz çatsın.
- Deməli, hazırda "Qəbələ" klubu azarkeşlərin yanına gedir. Bəs onların "Qəbələ"yə tərəf gəlməsinə nə qədər zaman lazımdır?
- Əlbəttə, planlarımız var, davam edirik. Azarkeşlərlə bağlı işlərin nəticəsi üçün uzun müddət tələb olunur. Biz fikrimizi daha çox azyaşlılara, məktəblilərə yönəltmişik. Çünki onlar gələcək. Onu da qeyd edim ki, indi texnologiyalar dövrü yaşayırıq. Azarkeş bir düyməyə basmaqla “Barselona” – “Real” oyununa baxa bilir. Belədə biz “Qəbələ” – “Zirə” oyununu da azarkeşə sevdirəcək işlər görməliyik.
Ramiq AĞAMƏMMƏDOV
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?