"Qarabağ"a qol vuran futbolçu danışdı

"Qarabağ"a qol vuran futbolçu danışdı
GÜNDƏM 23 Oktyabr 2015 / 12:50 7226
-  A +

"Bu qələbə komandamıza çox yaxşı təsir edəcək. Rəqib topa sahib olmada bizi üstələyirdi. Ancaq düşünürəm ki, layiqli qələbə qazandıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Monako"nun futbolçusu Lasina Traore "Qarabağ" üzərində qələbədən (1:0) sonra Fransa mətbuatına deyib.

Oyunda yeganə qolun müəllif olan kot-d’İvuarlı hücumçu daha sonra əlavə edib:

"Biz mütləq üç xal qazanmalıydıq. Çünki bu görüş qrupdan çıxmaq baxımından çox əhəmiyyətli idi. Sevinirik ki, bunu bacardıq. Qarşıda üç oyunumuz var. Bu görüşlərdən də maksimum nəticə qazanaraq qrupdan çıxmağa çalışacağıq".

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq