"Borussiya"nın (Dortmund) futbolçusu Yonas Hofman Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qəbələ" ilə oyun öncəsi keçirilən mətbuat konfransında sualları cavablandırıb. Qol.Az müsahibəni təqdim edir.
-Komanda yoldaşın Mxitaryan Bakıya gəlmədi. Buna münasibətin necədir?
- Hər halda belə qərar verildi.
- Mxitariyanın Bakıya gəlməməsi öz istəyi ilə oldu, yoxsa buna klub rəhbərliyi qərar verdi?
- Bununla bağlı qərarı klub rəhbərliyi verdi. Ermənistanla Azərbaycan arasında olan münaqişəni nəzərə alan rəhbərlik onun Almaniyada qalmasını məsləhət bildi.
- “Qəbələ” haqda fikirlərin necədir?
- Bilirik ki, ölkə çempionatında ikinci yerdədir, Avroliqada cəmi bir dəfə uduzub. Rəqibə standart vəziyyətlərdən istifadə etməyə imkan verməməliyik. Bu cür vəziyyətlərdə çox təhlükəlidirlər.
- Sabahkı görüşdə hansı nəticəyə ümid edirsən?
-Əlbəttə ki, üç xal üçün oynayacağıq. Son oyunlarda çətinlik çəksək də, sabahkı görüşdə var qüvvəmizi ortaya qoyub qələbə qazanmağa çalışacağıq.
-Sabah “Borussiya”nı xeyli alman azarkeş dəstəkləyəcək. Onlara sözün nədir?
- Onların bura gəlməsi bizə böyük motivasiyadır. Azarkeşlərə ehtiyacımız var. Onlara təşəkkür edirik ki, bura qədər gəliblər.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri