“Neftçi”nin futbolçusu Anyete Premyer Liqanın 8-ci turunda “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra Qol.Az saytının suallarını cavablandırıb
- İlk olaraq “Qəbələ”yə məğlub olduğunuz oyun haqqında fikirlərini bilmək istərdik.
- Komandamız yaxşı oynadı. Özünüz də gördünüz ki, bütün futbolçular sonadək vuruşdu. Təəsüflər olsun ki, son dəqiqədə qol buraxdıq və məğlub olduq.
- Səncə, qələbə üçün nə çatmadı?
-Deyə bilmərəm nə çatmadı. Bunu bilsəydim, çatışmamazlığı aradan qaldırmağa çalışardım. Sadəcə, onu bilirəm ki, biz düzgün yoldayıq. Bu oyunda bəxtimiz gətirmədi.
-“Neftçi” 10 komanda arasında 6-cı yerdədir. Daha öncə belə ola biləcəyini düşünürdünmü?
- Əvvəlcədən nə olacağını bilmək olmaz. Bu müvəqqəti çətinlikdir. İnanıram ki, komandamız toparlanacaq və hər şey qaydasına düşəcək.
- Komanda meydanı tərk edən zaman azarkeşlər sərt şəkildə etiraz edirdi. Bu haqda nə deyə bilərsən?
- Tamamıilə haqlıdırlar. “Neftçi” elə bir komandadır ki, hər oyunda qələbə qazanmalıdır. Son dəqiqədə buraxılan qol azarkeşlərimizin etirazına səbəb oldu.
- Səncə, “Neftçi”nin bu vəziyyətə düşməsinə səbəb nədir?
- Əvvəlcə dediyim kimi, bizim çox oyunlarda bəxtimiz gətirmir. Çalışacağıq ki, gələn oyunlarda qələbə qazanıb, turnir cədvəlinin ilk pillələrində qərarlaşaq.
Ergün SEYİD
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?