“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az saytına müsahibəsi
- UEFA-nın təşkilatçılığı ilə Avropa Liqasının qrupunda iştirak edəcək klubların mətbuat xidməti rəhbərləri üçün keçirilən seminarda iştirak etdiniz. Əvvəlcə bu seminar haqda təəssüratlarınızı öyrənək.
- Bu tədbir UEFA tərəfindən artıq 4-cü dəfədir ki, keçirilir. Seminarda Avroliqanın qrupunda iştirak edəcək komandaların mətbuat xidməti rəhbərləri arasında media əlaqələrinin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində müzakirələr aparıldı. UEFA Avropa klublarını birləşdirən bir qurum olduğu üçün, bu qurumu təmsil edən nümayəndələr bütün istiqamətlərdə klubların yanında olduqlarını qeyd etdilər. Onlar eyni zamanda Avropa Liqasının qrup mərhəlisindəki oyunların yayımı ilə bağlı müzakirələr də apardılar. Dünyanın bir çox ölkələrində efirə gedəcək matçların yayımının yüksək səviyyədə təşkil olunması UEFA üçün ən vacib məsələlərdəndir. Çünki bu yayımlardan klubların da qazancı olacaq. Bu məsələ ilə bağlı da seminar iştirakçıları arasında qarşılıqlı diskusiyalar keçirildi və nümayəndələr tərəfindən irəli sürülən təkliflər müzakirə olundu.
- Seminarın üstün cəhətləri nədən ibarət oldu?
- Ümumiyyətlə, bu tədbirlər həm inkişaf, həm də Avropaya inteqrasiya baxımından çox faydalıdır. Seminarda hətta “Real" (Madrid), “Barselona”, “Yuventus” kimi klubların hər biri iki nümayəndə ilə iştirak edirdilər. Bu nümayəndələrdən ibarət işçi qrupu da təşkil olunmuşdu. Onların oyunlar zamanı işin təşkili ilə bağlı hazırladıqları mövzular müzakirə olundu.
- Qrup mərhələsində keçiriləcək oyunlar üçün klubların mətbuat xidməti rəhbərlərinə hansı məsələlər tövsiyə olundu?
- UEFA üçün ən vacib məsələ VİP və media sektorunun təşkilidir. Hansı ki, VİP-dən sponsorlar üçün önəmlidi. Eyni zamanda mətbuat da onlar üçün vacib məsələlərdəndir. Çünki oyunun yaxşı işıqlandırılması yarışların imicini və reytinqini qaldırır. Bu da gəlirlərin toplanılması və uğur əldə edilməsinə xidmət edir. Eyni zamanda tədbirdə əsasnamədə olan dəyişikliklər haqqında da məlumat verildi. Həmçinin iştirakçıların təklifləri də dəyərləndirildi.
- “Qarabağ” klubunun qazandığı uğurlara kimi bu ad Avropada əsasən siyasi mövzularda hallanırdı. Bu gün klub olaraq "Qarbağ" haqqında nə danışırlar?
- Tədbir zamanı avrokuboklarda yolumuz kəsişən bir çox tanış simalarla qarşılaşdım. Bu insanların əksəriyyəti ötən mövsüm Avropa Liqasının qrupunda Bakıda keçirilən İtaliya “İnter”i ilə oyun haqqında danışırdılar. Onlar üçün də “İnter”in qapısına vurduğumuz qolun hakim tərəfindən qeydə alınmaması təəccüblü gəlib. İstər UEFA nümayəndələri, istərsə də başqa klublardan olan həmkarlarımız bizim gördüyümüz işlərin böyüklüyündən və haqsızlığa uğradığımızdan danışırdılar. “Qarabağ” adı eşidəndə hər kəs həmin hadisəni xatırlayırdı. Hətta “Napoli”nin mətbuat katibi bu hadisənin “Dnepr”lə oyunda onların da başına gəldiyini UEFA nümayəndəsinə dedi.
- Tədbir zamanı rəqib komandaların nümayəndələri ilə görüşdünüz?
- Seminarda iştirak edən nümayəndələr Avropa Liqasında mübarizə aparacaq klublara uyğun olaraq qrup şəklində oturmuşdular. Mən ”Monako”, “Tottenhem” və “Anderlext”in nümayəndələri ilə bir sırada oturmuşdum. Onlarla bir çox mövzular haqqında danışdıq. Eyni zamanda oyunlar zamanı təşkilatçılıqla bağlı da söhbətlərimiz də oldu.
- Rəqiqləri “Qarabağ” haqqında nə düşünür?
- Onların hamısı “Qarbağ” haqqında müsbət fikirdədirlər. “Anderlext”in mətbuat xidmətinin rəhbəri ölkəsinin çox tanınmış televiziya jurnalisti olub. Onunla söhbətimiz zamanı futbolçumuz Reynaldo Silvanın bugünkü durumundan danışdı. O, Reynaldonun “Qarabağ”da bu qədər parlamağının səbəbləri haqqında maraqlandı. Qeyd etdi ki, "Qarabağ" Reynaldoda çox şeyi dəyişib. Bildirdi ki, Reynaldo artıq yüksək səviyyəli bir futbolçudur. “Anderlext” klubunun nümayəndəsi Reynaldo ilə bir çox klubların maraqlandığını bildiklərini də söylədi. Hətta onlar belə bir futbolçunun “Anderlex”dən çıxdığı üçün fəxr edirlər.
- Qazaxıstan və Türkiyə klublarının nümayəndələri ilə də ünsiyyətiniz oldu?
- “Astana” nümayəndəsi ilə sadəcə tanışlığımız oldu. Onlar Avropa Liqasında türk və rus klublarına azarkeşlik edəcəklərini söylədilər. Amma daha çox “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”nın təmsilçiləri ilə söhbət etdik. "Beşiktaş" və "Fənərbaxça"nın təmsilçiıəri bizə qarşı xüsusi mehribanlığı ilə seçilirdi. "Qalatasaray" təmsilçi isə "Qarabağ"ın Avropadakı bütün oyunları haqda bilgisi olduğunu dedi.
- UEFA-nın təşkilatçılığı ilə keçirilən seminardan sonra “Qarabağ” və “Qəbələ”nin ev oyunlarında media sektorunda hansısa dəyişikliklər olacaq?
- Ümumiyyətlə, UEFA-nın əsasnaməsində oyunlarda medianın işinin təşkili ilə bağlı müəyyən dəyişikliklər var. Bunlar əsasən mix zonanın təşkili ilə bağlıdır. Bəzi yeniliklər də tətbiq olunacaq. Qalan nə mümkündürsə onu edəcəyik.
Ergün SEYİD
"Real"da şok itki
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı