Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın ilk turu çərçivəsində keçirilən “Neftçi” - “Kəpəz” (0:0) oyunundan sonra Futbolxeber.az saytına müsahibə verib.
-İki illik fasilədən sonra “Kəpəz” yenidən Premyer Liqanın oyununda meydana çıxdı. Komandanın oyununu bəyəndiniz?
- “Kəpəz”in oyunu çox xoşuma gəldi. Komanda meydanın hər qarışı uğrunda mübarizə aparırdı.
- Bəs “Neftçi”?
- “Neftçi”nin də çıxışını bəyəndim. Komandada gənc futbolçular çoxluq təşkil edir. İlk turdu. Rəqibləri yaxşı tanımırlar. Bir oyuna görə nəsə demək çətindir. Bugünki çıxışa əsasən “Kəpəz” güclüdü, “Neftçi” zəifdi” və ya bunun əksini söyləmək olmaz. Kimin nəyə qadir olduğu 5 turdan sonra bilinəcək.
- Oyundan sonra azarkeşlər “Kəpəz”in avtobusunun şüşəsini sındırdılar. Elə ilk turdaca qalmaqal yaşanması haqda nə deyə bilərsiz?
- Azarkeş davası olmasa, futbolun ləzzəti olmaz. Bu, bütün dünyada belədir. Bizim azarkeşlər hətta digərlərindən çox sakitdilər.
- “Kəpəz”in avtobusunun şüşəsinin sındırılmasına görə “Neftçi”nin cəzalanması mümkündü?
- Bu məsələni aydınlaşdıracağıq. Bəlkə bunu heç “Neftçi” azarkeşləri etməyib?
- Bu gün (dünən -red.) stadionda olan polislərin sayı sanki az idi. Üstəlik, onlar demək olar ki, heç nəyə müdaxilə etmirdilər. Bunda “Qəbələ” - “Apollon” oyunundan sonra baş verən insidentin rolu varmı? Düşünmək olar ki, polislərə artıq hansısa göstəriş gəlib?
- Nəyi nəyəsə qatmayın. Bir var avrokubok oyunu, bir də var daxili çempionat. Bu gün stadionda 2-3 min azarkeş var idi. Ona görə də polis az idi. 11-12 min azarkeş olanda təbii ki, polisin sayı da çox olmalıdır. Tapşırıq, göstəriş - bunlar boş söhbətlərdi. Belə şeylərə fikir verməyin. Hər şey qaydasındadır. Bizim rahat yaşamağımızın səbəbkarı polislərdir.
- Bu sualı əbəs yerə vermədik. Çünki Klublar Komitəsinin son iclasından sonra qurumun rəhbəri Tuyqun Nadirov bu barədə polislərlə danışıqlar aparılacağını söyləmişdi...
- Hər dəfə çempionat başlamamışdan öncə mən çempionatı keçirən qurumun rəhbəri kimi Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, eləcə də oyunları qəbul edəcək rayonların polis rəislərinə məktub göndərirm. Biz onlardan xahiş edirik ki, stadionlarda təhlükəsizliyi yüksək səviyyədə təşkil etsinlər. Geridə qalan 7 ildə bununla bağlı hər hansı bir problem yaşamamışıq.
- Bu mövsüm “Xəzər Lənkəran” və “Neftçi” arasındakı oyunlarda qonaq azarkeşlərin iştirakı mümkündür?
- Fikirləşərik. Hər iki klub rəhbərliyi təhlükəsizliyə görə cavabdehlik daşısalar, bu, mümkündür.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu