Azərbaycan millisi Çiliyə qarşı

Azərbaycan millisi Çiliyə qarşı
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2026 / 10:17 359
-  A +

Bu gün Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti matçına çıxacaq.

QOL.az xəbər verir ki, Famil Xəlilovun komandası C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşacaq.

Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçiriləcək oyun saat 11:30-da başlayacaq.

Cütün qalibi növbəti mərhələdə Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan millisi AF qrupu 3-cü pillədə başa vurub və C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrupda Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner