"Neftçi"yə 2010-cu ildə gəlmişdim. Qısa zamanda bu şəhərə və komandaya uyğunlaşdım. Sevinirəm ki, burada oyunum uğurlu alındı. "Neftçi" ilə çempionluq qazandım. Avropada oynamaq şansı əldə etdim. Bu illər ərzində komandamızın uğuru üçün əlimdən gələni etdim".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"dən ayrılan Flavinyo klubun rəsmi saytına deyib.
Braziliyalı yarımmüdafiəçi bildirib ki, bəzən zədələr ona istədiyi kimi oynamağa imkan verməyib:
"Ötən mövsümün sonunda aldığım zədədən sonra 3 aya yaxın futbol oynamadım. Bu müddət ərzində bir neçə vacib qarşılaşmada komandama kömək edə bilmədim".
Flavinyo "Neftçi"dən qarşılıqlı razılaşma ilə ayrıldığını deyib:
"Neftçi"dən ayrılmağımla bağlı klub rəhbərliyi ilə görüşüm oldu. Qarşılıqlı şəkildə razılaşdıq və dostcasına ayrıldıq. Təəssüflənmirəm, çünki "Neftçi" mənim karyeramın zirvəsi idi".
Flavinyonun sözlərinə görə, indi "Neftçi"nin əsası gənc futbolçulardan ibarətdir:
"Heyətdə çoxlu sayda yeni və böyük potensiala malik gənc futbolçu var. Bu, Azərbaycan futbolunun inkişafı üçün də çox önəmlidir. Gənclərə vaxt və şans vermək lazımdır ki, təcrübə qazansınlar. Burada hər kəslə sıx dostluq münasibətlərim var. Bütün Azərbaycan xalqına, burada qonaq olduğum müddətdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Futbol sahəsində çalışan media nümayəndələrinə, ən əsası da azarkeşlərimizə minnətdaram. İnanıram ki, fanatlarımız sona kimi "Neftçi"mizi dəstəkləyəcəklər. "Neftçi" Azərbaycan futbolunun Flaqmanıdır və bu, hər zaman belə olacaq".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”