İspaniya La Liqasında 2015/2016 mövsümünün püşkü atılıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, La Liqanın ilk turunun oyunları 22-23 avqust tarixində keçiriləcək.
İlk turda son çempion "Barselona" səfərdə "Atletik" (Bilbao) ilə qarşılaşacaq. Madrid "Real"ı səfərdə "Sportinq"in qonağı olacaq. "Atletiko" (Madrid) isə klubu isə öz meydanında "Las Palmas"la üz-üzə gələcək.
Mövsümə gələn il, mayın 15-də yekun vurulacaq. Yeni mövsümdə maraqla gözlənilən "El-Klassiko"nun da tarixləri bəlli olub. "Real" və "Barselona" komandaları 12-ci turda üz-üzə gələcək.
İlk oyun noyabrın 8-də, Madriddə keçiriləcək. İkinci oyun isə 31-ci tura təsadüf edəcək. Həmin qarşılaşma gələn il, aprelin 3-də Kataloniyada oynanılacaq.
Qeyd edək ki, Eddi İsrafilovun komandası "Eybar" yeni mövsümdə ilk matçını səfərdə millimizin üzvünün sabiq komandası "Qranada"ya qarşı keçirəcək. E.İsrafilov ötən mövsüm məhz icarə əsasında "Qranada"da çıxış edib.
22-23 avqust
İspaniya La Liqası, I tur
"Atletik" (Bilbao) - "Barselona"
"Malaqa" - "Sevilya"
"Rayo Valyekano" - "Valensiya"
"Levante" - "Selta Viqo"
"Espanyol" - "Qetafe"
"Deportivo" - "Real Sosyedad"
"Qranada" - "Eybar"
"Betis" - "Vilyareal"
"Sportinq" (Xixon) - "Real" (Madrid)
"Atletiko" (Madrid) - "Las Palmas"
"El-Klassiko"
8 noyabr
"Real" - "Barselona"
3 aprel
"Barselona" - "Real"
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”