Türkiyənin I liqa təmsilçisi "Boluspor" klubunun baş məşqçisi Ümit Özatın vəzifəsindən istefa verməsinin səbəbləri müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, buna Özatın azərbaycanlı futbolçular - Ruslan Tağızadə və Nurlan Novruzovun transferi ilə bağlı rəhbərliklə razılığa gələ bilməməsi səbəb olub.
Qardaş ölkənin "BoluExpress" qəzeti bu haqda belə yazıb: "Daha öncə rəhbərlik və baş məşqçi arasında transferlərlə bağlı fikir mübadiləsi olmayıb. Tağızadə və Novruzovun klub rəhbərliyinin razılığı olmadan Boluya dəvət edildiyi bildirilib.
Rəhbərlik hər iki futbolçunun Türkiyəyə gəlməsi üçün bilet almaq istəməyib. Belədə Ümit Özat Tağızadə və Novruzovun biletlərini alaraq onların Boluya gəlmələrini təmin edib. Bundan sonra klub rəhbərliyi iki futbolçu ilə müqavilə imzalamaq istəmədiklərini açıqlayıb. Özat isə hər iki futbolçu ilə müqavilə imzalanmayacağı təqdirdə istefa verəcəyini bildirib. 38 yaşlı mütəxəssisin istəyi yerinə yetirilmədiyindən o, komandadan getmək qərarı verib".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”