“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Komandanız 20 gün ərzində Avstriyada təlim-məşq toplanışda oldu. Əvvəlcə bu toplanış haqda danışaq. Hazırlığınız necə keçdi?
- Məşqlərimiz yüksək səviyyədə keçdi. Düşünürəm ki, yaxşı forma yığdıq. Həm taktiki, həm də fiziki hazırlıq səviyyəmiz xeyli yüksəldi. Yeni gələn gənc futbolular özlərini göstərməyə çalışdı.
- Hazırlıq müddətində üç yoxlama oyunu keçirdiniz “Styaua” və “Lokomotiv” (Moskva) kimi komandalarla qarşılaşdınız. Bu görüşlərin nə kimi faydası oldu?
- Düzdür, qələbəmiz olmadı, ancaq bizə lazım olan nəticə yox, taktiki gedişlərimizi sınaqdan keçirmək idi. Futbolçuların bir-birinə uyğunlaşması üçün bu oyunları keçirdik. “Styaua” və “Lokomotiv” kimi komandalarla oyunun mütləq səmərəsi olacaq.
- Yeni transferlər özlərini necə göstərdi?
- Ümumiyyətlə, “Qarabağ” pis futbolçu almır. Onlar bizim komandaya cəlb olunubsa, deməli, yaxşı futbolçulardır. Yeni gələn gənc oyunçular Azərbaycan futbolunun gələcəyidir.
- Komandanın bir qədər gəncləşdiyini demək olar?
- Düzdür, gənc futbolçularımızın sayı artıb, ancaq əsas heyət əvvəlki futbolçulardan ibarətdir. Gəncləşmə mütləq lazımdır. Cavanlara şans verilməlidir ki, bir neçə ildən sonra da güclü kollektiv olsun. Yəqin ki, Premyer Liqada onlardan faydalanacağıq. Məncə, bu gəncləşdirmə müsbət nəticə verəcək. Çünki yeni futbolçuların hamısı oynayan uşaqlardır. Hər biri milli komandalarda çıxış edir.
- “Qarabağ” ön xəttə çıxış edən üç aparıcı futbolçusu ilə yolları ayırdı. Əvəzində bir neçə futbolçu transfer olundu. Komandanızın zəiflədi, yoxsa gücləndi?
- Gedənlər yaxşı futbolçular idi. Ancaq “Qarabağ” heç vaxt oyunu bir nəfər üzərində qurmayıb. Həmişə komanda oyunu nümayiş etdirmişik. Düşünürəm ki, daha yaxşı olacaq.
- Çempionlar Liqasındakı rəqibiniz “Rudar” haqda nə fikirdəsən?
- Həmişə demişəm ki, indi Avropada zəif rəqib yoxdur. Üstəlik, biz Çempionlar Liqasında oynayırıq. Bu turnirdə hər ölkənin çempionu mübarizə aparır. Hər ölkənin heç olmasa bir yaxşı komandası var. Yəqin ki, “Rudar”da güclü futbolçular cəmləşib ki, komanda Monteneqro çempionu olub.
- “Neftçi”nin rəqibi “Mladost” da Monteneqro klubudur. Bu komandaların oyununda bir nəticə çıxardınız?
- Əlbəttə, “Mladost” da göstərdi ki, Monteneqroda futbol var. Yəni indi hər bir komanda müdafiə olunmağı da bacarır, qol vurmağı da. Arxayınlaşmaq olmaz.
- Hər halda “Qarabağ” cütün favoriti hesab olunur.
- Kimsə belə düşünə bilər. Nəyəsə əsasən belə deyirlər. Ancaq rəqiblə qarşılaşmamış deyə bilmərik ki, kim güclüdür.
- Sən “Qarabağ”ı favorit hesab etmirsən?
- Təbii ki, inam hissi olmadan heç nə əldə etmək olmaz. Amma rəqibi də ciddiyə almaq lazımdır.
- Komandanız ötən mövsüm Avropa Liqasının qrup mrəhələsinə qədər irəlilədi. İndi “Qarabağ”dan daha böyük gözləntilər var.
- Hansı türnirdə iştirak etmişiksə çalışmışıq ki, ən yüksək nəticəni qazanaq. Ancaq istənilən nəticə ola bilər. Bəli, hədəflərimiz daha da böyüyüb, lakin Avroliqanın qrup mərhələsi də yüksək nailiyyətdir. Bilirik ki, hər kəs “Qarabağ”ı daha irəlidə görmək istəyir. Biz də bunun üçün əlimizdən gələni edəcəyik.
- Avroliqada mübarizə aparan komandalarımızın heç biri ilk oyunda qələbə qazana bilmədi. Klublarımızın mərhələ adlamaq şansını necə qiymətləndirirsən?
- Hələ ki, komandalarımız bir oyun keçirib. Həmişə birinci oyun çətin olur. Düşünürdüm ki, “Qəbələ” səfərdə “Dinamo”nu rahat udacaq, ancaq bunun əksini gördük. Əsas bu gün keçiriləcək cavab oyunlardır. Hər bir komandamızın mərhələ keçəcəyinə inamım var.
Ramiq AĞAMƏMMƏDOV
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu