“Toplanışda əsas diqqət fiziki hazırlığa yönəlib. Yoxlama oyunlarında bizə nəticə deyil, fiziki hazırlığı artırmaq önəmlidir”.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev təlim-məşq toplanışı haqda fikirlərini bildirərkən deyib.
O, təlim-məşq toplanışı çərçivəsində iyulun 7-də AZAL-la keçirilən oyunu da dəyərləndirib. Ş.Diniyev 2:1 hesablı qələbənin oyunçulara stimul verdiyini bildirib:
“Həm “Sumqayıt”, həm də AZAL-la matç günündə səhər məşq etmişdik. Bununla belə, komanda artıq rahat oynamağa başlayıb. Oyunla yanaşı, nəticə qazanmaq da lazımdır. Düzdü, belə matçlarda nəticə mənim üçün əsas deyil, sadəcə, futbolçularda qələbə ruhunu artırmaq baxımından qalib gəlmək lazım idi. Futbolçular çətinlik çəkmədən görüşü qələbə ilə başa vurdular”.
Şahin Diniyev oyunçularından razılığını da dilə gətirib:
“Bir oyunumuz qalıb, ona da gərgin məşq qrafiki ilə hazırlaşırıq. Səhər və axşam məşqləri davam edir. Əsas olan komandanın fiziki təməlidir. Futbolçulardan çox razıyam. Məşqlərə məsuliyyətlə yanaşırlar və yaxşı çalışırlar. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər. İkinci matçda bir az yorğun göründülər. Bu da aydın məsələdir. Fiziki məşqlər təsirsiz ötüşmür. Heyət hələ tam formalaşmayıb. Komanda boyundan yuxarı tullanmağa çalışır”.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində