Xorvatiyalı futbolçu Bakı “İnter”ində

Xorvatiyalı futbolçu Bakı “İnter”ində
ÖLKƏ FUTBOLU 6 İyul 2015 / 12:32 6406
-  A +

Ölkəmizi Avropa Liqasında təmsil edən Bakı “İnter”i heyətini daha bir futbolçu ilə gücləndirir.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, xorvatiyalı yarımmüdafiəçi Stepan Polyakla razılıq əldə olunub.

“Simurq”un sabiq futbolçusu ilə bu gün altı aylıq müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, “Simurq”un heyətində 86 oyun keçirən 32 yaşlı yarımmüdafiəçi 11 qola imza atıb.

Xatırladaq ki, “İnter” yay transfer dönəmində  Yuri Fomenko, Rauf Əliyev, Mirhüseyn Seyidov, Denis Silva, Laşa Kasradze, Xuan Fransisko, Nika Kvekveskiri, Tural Qürbətov, Zurab Xizanişvili və Elnur Abdullayevi heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər