Hazırda Gürcüstan millisində köməkçi-məşqçi kimi çalışan, "Simurq" klubunun sabiq baş məşqçisi Georgi Çixradzenin müsahibəsi
- "Dinamo" - "Qəbələ" oyununu stadiondan izlədiniz. Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Oyun kifayət qədər maraqlı alındı. Hadisələr maraqlı cərəyan etdi. Hər 2 komanda yeni mövsümə hazırlıq mərhələsindən sonra ilk rəsmi oyununa çıxırdı deyə, qapılara zərbələr və ötürmələr zamanı müəyyən qədər həyəcan vardı. İlk hissənin ilk 15 dəqiqəsi ərzində "Qəbələ"nin qol vurmaq üçün yaxşı şansları və ərazi üstünlüyü oldu, ancaq bundan yararlana bilmədilər. Ola bilər ki, 2-ci hissədə "Qəbələ"nin oyunçuları rəqibin qırmızı vərəqə almasından və hesabı bərabərləşdirdikdən sonra arxayınlaşdılar. Ancaq etdikləri 1 səhv görüşün taleyini həll etdi. Hesab edirəm ki, Qəbələdəki cavab oyunu daha həlledici və çətin olacaq. Cavab oyununda "Qəbələ" qol vurmağa, "Dinamo" isə şanslarından yararlanmağa çalışacaq. Səfərdə 1 qol çox vacibdir.
- Qəbələ Gürcüstana yaxındır. Sizi cavab oyununda da görə biləcəyik?
- Bəli. Cavab oyununa da gələcəyəm.
- "Dinamo"ya "Qəbələ" haqqında informasiya haqda toplamaqda kömək etmişdiniz?
- Sizə düzünü deyəcəyəm. Nə mənə, nə də Kaxaber Tsxadadzeyə "Dinamo" tərəfindən bu barədə müraciət olunub. 100 faiz deyirəm ki, onlara disk tapmaqda, məlumat toplamaqda kömək etməmişik.
- "İnter"dən sonra yenidən Tsxadadzenin köməkçisi təyin edilmisiniz. Buna görə sizi təbrik edirik. Gürcüstan millisindəki yeni işiniz haqda nə deyə bilərsiniz? Bu təyinat necə baş verdi?
- "Simurq"dan yeni məlumatlar gözləyirdim. Heç bir xəbər çıxmadı. Mənim Gürcüstan millisini seçmək imkanım vardı. Bu təklif çoxdan edilmişdi. Ancaq imtina etmişdim. Çünki ilk növbədə, məni "Simurq" variantı maraqlandırırdı. Mövsüm başa çatdıqdan sonra "Simurq"un gələcəyi ilə bağlı heç bir cavab deyilmədi. Heç kim komandanın yaşayıb-yaşamayacağı ilə bağlı qəti söz deyə bilmədi...
- "İnter"dən də sizə təklif olmuşdu?
- Bəli. Ancaq orda da "Simurq"dakı situasiya hökm sürürdü. Komandanın hədəfləri, necə hazırlaşacağı müəyyənləşmədiyindən, çoxlu suallar ortada vardı. Belədə Gürcüstan Futbol Federasiyasından mənə rəsmi təklif gələn kimi bu dəfə qəbul etməli oldum.
- "Simurq"la son turun oyununa çıxmadınız və Gürcüstana qayıtdınız. Buna görə Azərbaycanda tənqid olundunuz...
- Buna aydınlıq gətirməyə hazıram. Mənə qarşı hər hansı bir etiraz olmamalıdır. Birincisi, biz - məşqçilər, həkim və digər komanda üzvləri 4 ay pulsuz sonadək komandada olduq. Ancaq AZAL ilə oyundan sonra artıq bazada qalmaq mümkün deyildi. Qidalanma yox idi, bazada qalmaq mümkünsüzə çevrilmişdi. Bütün futbolçular komandadan ayrılmışdılar. Legionerlər çoxdan getmişdisə, AZAL ilə oyundan sonra əsas heyətin yerli oyunçuları da onlara qoşuldu. Biz klub rəhbərliyi ilə görüşdük və oyun günü Lənkərana getmək qərarına gəlmişdik. Bilinəndə ki, oyun keçiriləcək, klub vitse-prezidentinə zəng edib dedik ki, biz - mən və köməkçim Zviad Jeladze, eləcə də həkim Emzar Çumburidze Gürcüstandan Lənkərana gəlməyə hazırıq. Klubdan isə bizə deyildi ki, gəlməyə ehtiyac yoxdur, komandanı əvəzedici heyətin baş məşqçisi (Rövşən Babayevi nəzərdə tutur - S.T.) meydana çıxaracaq. 4 ay pulsuz işləyən adam son turda komandanı qoyub qaçarmı? Mən öz maşınımla gələcəkdim. Sadəcə klubdan belə deyildiyi üçün "Xəzər Lənkəran"la oyuna biz getmədik.
- Sizin klubdan pul etirazınız varmı?
- Kluba qarşı hər hansısa maddi iddiam yoxdur. Orda klub rəhbərliyi ilə xoş münasibətlərim var. Heç kimə pulumuzu verin kimi tələb irəli sürməmişik. Sadəcə vəziyyət düzələrsə, futbolçuların, məşqçilər heyətinin pulu daha sonra verilsə, yaxşı olar. Klubdan hər hansısa narazılığım yoxdur.
- Əgər pulunuz sonra da verilməsə, onlardan tələb etməyəcəksiniz?
- Bilirsiniz, klub rəhbərliyi, azarkeşlərlə elə münasibətim var ki, bu mövzuda onlarla heç vaxt danışmaq istəmərəm.
Mənbə: Sportnet.az
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu