Gürcüstan millisinin baş məşqçisi, Bakı “İnter”inin keçmiş çalışdırıcısı Kaxaber Sxadadze müsahibə verib.
- “Dinamo” “Qəbələ” üzərində qələbə qazandı (2:1). Görüşlə bağlı nə deyə bilərsiz?
- “Dinamo” çox gənc komandadır. 10 nəfərlə qalsalar da, 2 qol vurmağa müvəffəq oldular. Bu, heç də kiçik uğur deyil. Gördüklərimdən məmnunam. “Dinamo”da milliyə namizəd futbolçular var. Onların çıxışını bəyəndim. “Qəbələ”də 8 əcnəbi meydana çıxmışdı, “Dinamo”da isə cəmi 1 legioner vardı. Komandanın orta yaş həddi 20-dir. Əksər futbolçular cavandır. Onların səviyyəsi güclüdür. Gürcüstanlı yeniyetmə futbolçular istedadına görə azərbaycanlı yaşıdlarından daha güclüdürlər.
- Cavab oyunu barədə nə düşünürsünüz?
- İkinci oyun çox çətin keçəcək. Buraxılan qol “Dinamo”nun işini çətinləşdirib. “Dinamo” Qəbələdə də qol vurmağa çalışacaq. Bunu bacarsalar, “Qəbələ” öz meydanında böyük problemlə üzləşəcək.
- Hazırkı komanda mövsümü üçüncü pillədə başa vuran “Qəbələ”dən çox fərqlənir?
- “Qəbələ”nin hücum xətti çox zəifləyib. Mendinin gedişi özünü göstərir. Üstəlik, Dodo da tam bərpa olmayıb. Bu isə “Qələbə” üçün böyük problemdir. Mən onlardan çox şey gözləyirdim. Amma elə olmadı. Belə götürəndə, topa nəzarət edən tərəf “Qəbələ” idi. Amma hücumu məntiqi sona çatdırmaqda çətinlik çəkirdilər. Rəqib azlıqda qaldıqdan sonra “Qəbələ” təzyiqi artırmalı idi. Əvəzində isə 2 qol buraxdılar.
- Hazırkı “Qəbələ”nin əsas problemi nədir?
- Komandanın içində olmadığımdan dəqiq nəsə deyə bilmərəm. Mənim üçün əsas öz futbolçularıma baxmaq idi. 3-4 oyunçu var ki, onlar milliyə potensial namizədlərdir.
- “Dinamo” və “Qəbələ” arasındakı ilk matça canlı olaraq stadiondan tamaşa etdiniz. Sizi cavab oyunu zamanı da stadionda görə biləcəyik?
- Həmin oyunda da stadionda olmağı planlaşdırıram. Qəbələyə yollanacağam.
- Yəqin ki, Kaxaber Sxadadze “Dinamo”nun mərhələ adlamasını istəyir.
- Mən “Dinamo”nu dəstəkləyəcəyəm. Necə olacağını isə zaman göstərək.
- “Qəbələ”nin heyətində meydana çıxan keçmiş futbolçunuz Arif Daşdəmirov haqda fikirləriniz necədir?
- Pis deyildi. Arif son zamanlar milliyə də dəvət alır. İnanıram ki, “İnter”dəki kimi “Qəbələ”də də onun karyerası uğurlu alınacaq.
- “İnter”in “Laçi” ilə necə oynamasından xəbəriniz var? (söhbət həmin oyunun başa çatmasından 20-25 dəqiqə sonra baş tutub-red.)
- Oyunun 1:1 hesabı ilə başa çatdığından xəbərdaram. Albaniya klubu “İnter”in “diş”inə görədi. Özü də komanda təkcə bu deyil, həm də ikinci mərhələni uğurla adlamalıdır. 5 il ərzində qazanılan reytinq xalları imkan verir ki, ilk 2 mərhələdə “İnter” özündən daha zəif rəqiblərlə qarşılaşsın.
- Deməli, hələ də “İnter”lə ciddi şəkildə maraqlanırsınız?
- “İnter” mənim üçün əziz komandadır. Hazırda keçmiş köməkçim komandanın baş məşqçisidir. Cahangir Hacıyev komandaya rəhbərlik etdikcə, mən hər zaman “İnter”i dəstəkləyəcəyəm.
- Oğlunuz Baçana “İnter”in düşərgəsinə qayıtmayacaq?
- Yəqin ki, yox.
- Onun klubla müqaviləsi davam edir axı...
- Müqavilənin olması doğrudur. Amma klubun da futbolçu önündə öhdəlikləri var. Maaşlarını almadıqları üçün futbolçular azad agentə çevrilirlər. Hazırda Baçana 2-3 klubla danışıqlar aparır. Tezliklə onun yeni iş yeri müəyyənləşəcək.
- Həmin 2-3 komanda arasında Azərbaycan klubu var?
- Mən oğlumun işlərinə qarışmıram. Ona görə də sualınıza dəqiq cavab verə bilmərəm. Həmin klubların adlarından xəbərsizəm. Belə məsələlərdə Baçana azaddır.
Mənbə: Futbolxeber.az
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi