"Qələbə qazanmağa borclu idik" – Rəşad Sadiqov

"Qələbə qazanmağa borclu idik" – Rəşad Sadiqov
ÖLKƏ FUTBOLU 3 İyul 2015 / 03:05 5416
-  A +

"Çətin oyun oldu. İlk 15 dəqiqə xüsusən bizim üçün ağır keçdi. Daha sonra komanda oyununu düzəltdi. Rəqib 10 nəfərlə qalmışdı. Qələbə qazanmağa borclu idik. Sadəcə, 2 kobud səhv ucbatından uduzduq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Avropa Liqasının I təsifat mərhələsində "Dinamo"ya məğlub olduqları oyundan (1:2) sonra deyib. 

Təcrübəli futbolçu cavab matçında qələbə qazanaraq mərhələ keçməyə çalışacaqlarını bildirib: "Futbolda səhvsiz keçinmək olmur. Çox məyusuq. Qalib gəlməli olduğumuz oyunda uduzduq. Qələbə qazanacağımıza inanırdım. Meydana daxil olanda da yalnız bu haqda düşünürdüm. Rəqibin azlıqda qalmasından istifadə etməliydik. Bundan sonra bizə çətin olacaq. Sərfəli nəticəylə qayıtsaydıq, cavab qarşılaşmasında daha rahat oynayardıq. Lakin alınmadı. Bununla belə, cavab matçında 1 cavabsız qol mərhələni keçməyə yetərli olacaq. Bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 9-da, Qəbələdə keçiriləcək.

Daha çox


Son xəbərlər