Ailton: "Neftçi" "Mladost"dan güclüdür"

Ailton: "Neftçi" "Mladost"dan güclüdür"
ÖLKƏ FUTBOLU 3 İyul 2015 / 01:35 4840
-  A +

"Yaxşı oyun keçdi. Xeyli qol epizodlarımız oldu. Təəssüf ki, qələbə qazana bilmədik. Cavab qarşılaşmasında qələbə qazanacağımıza inanıram".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Ailton Fereyra Silva Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.  

Braziliyalı futbolçu komandasının rəqibdən güclü olduğunu bildirib: "Neftçi" rəqibdən güclüdür. Biz hesabda önə keçdikdən sonra bu üstünlüyü qorumaq fikrində idik. Lakin bunu bacarmadıq. Rəqib əks hücumlarda qol vurmağa nail oldu. “Neftçi”də ilk rəsmi oyunum idi. Çox xoşbəxtəm ki, “Neftçi” kimi bir komandanın futbolçusuyam. İlk oyunuma qələbə ilə başlasaydım, daha yaxşı olardı".

Daha çox


Son xəbərlər