Zaur Əzizov: "Cavab matçında daha yaxşı oynamalıyıq"

Zaur Əzizov: "Cavab matçında daha yaxşı oynamalıyıq"
ÖLKƏ FUTBOLU 3 İyul 2015 / 00:13 3680
-  A +

"Çətin oyun oldu. Rəqib gənc futbolçulardan təşkil olsa da, Gürcüstanın ən titullu klublarından biridir. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq".

Bu sözləri Qol.Az-ın Tiflisə ezam olunmuş müxbirinə açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo"ya məğlub olduqları oyun (1:2) haqda danışarkən deyib.

Klub rəsmisi hər iki komandanın mərhələ keçmək şansı olduğunu bildirib: "Cavab oyununda daha yaxşı oynamalıyıq. Əslində hesab çox da bərbad deyil. Cavab matçı üçün hər iki komandanın şansları var. Məğlub olmasaydıq, daha yaxşı olardı. Amma səhvləri düzəldib, qələbə qazanmaq üçün qarşıda cavab matçımız var. Yeni transferlərimiz də komandaya uyğunlaşacaq və komanda şəklində inkişaf olacaq". 

"Qəbələ"nin yeni futbolçular transfer edib-etməyəcəyinə toxunan Z.Əzizov bu haqda belə deyib: "Julius Vobayın və daha bir neçə futbolçu var ki, komandaya gətirəcəyimizlə bağlı hələlik konkret bir şey yoxdur. Derlis Meza Kolli ilə mövsümün sonunda danışıqlar apardıq, amma razılığa gələ bilməyəcəyimizi görüb, bu məsələni elə həmin vaxt bağladıq. Həm maliyyə, həm də ailəsi ilə bağlı müəyyən məsələlər var idi ki, bizi qane etmədi. Əgər "Dinamo" səddini keçsək, transfer məsələlərinə yenidən baxacağıq".

Daha çox


Son xəbərlər