"Evə ümidlə qayıdırıq" – "Mladost"un baş məşqçisi

"Evə ümidlə qayıdırıq" – "Mladost"un baş məşqçisi
ÖLKƏ FUTBOLU 2 İyul 2015 / 23:12 4160
-  A +

“Bu nəticə ilə qane olmalıyıq. Evə ümidlə qayıdırıq. Əlbəttə ki, hələ mərhələninin taleyini həll olunmayıb. “Neftçi” topa nəzarət etdikcə həyəcan keçirirdim. Hər iki komandanın mərhələ adlamaq şansı var”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Mladost” (Monteneqro) klubununu baş məşqçisi Nikola Rakoyeviç    Avropa Liqasının I təsnifat mərhələsininin “Neftçi” ilə  ilk oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, “Neftçi”nin oyununu analiz edə bilmədiklərini bildirib: “Düzdür, “Neftçi”də çox dəyişiklik olub. Rəqibin iki oyununun diskinə baxmışdıq. Hər iki komanda bir-birinidən xəbərsiz idi. “Nefçi” son yoxlama oyunlarında qol vura bilməmişdi. Həqiqətən də rəqib xeyli dəyişilib”.

Daha çox


Son xəbərlər