"İnanıram ki, hər 3 klubumuz bu gün qələbə qazanacaq və bizi sevindirəcək".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
"Neftçi", "İnter" və "Qəbələ" klublarının bu gün keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyunları barədə danışan V.Sadıqov hər 3 komandanın qələbəsinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, maddi çətinlik yaşayan Bakı "İnter"i Albaniyada "Laçi"ni məğlub etməlidir:
"Çətinlik olmasına baxmayaraq, "İnter" bizi sevindirməlidir. Çünki bu vəziyyətdə belə Albaniyanın 5-ci komandasından güclü olmalıyıq. Yeni bir komandayla oyun olacaq. Amma hər bir oyunçu başa düşməlidir ki, bu Avroliqa oyunudur və məsuliyyəti dərk etməlidir".
"Qəbələ"nin Tiflis "Dinamo"su ilə keçirəcəyi görüş haqda danışan komitə sədri əyalət təmsilçisindən də qələbə gözlədiyini söyləyib. O bildirib ki, "Qəbələ" səfərdə oynamasına baxmayaraq, yaxşı heyətə malikdir: "Qəbələ" də ilk oyununda qələbə qazanmalıdır. İnanıram ki, növbəti turdakı rəqib indikindən heç də güclü olmayacaq".
Monteneqro "Mladost"unu qəbul edəcək "Neftçi"dən danışan V.Sadıqov gənc baş məşqçi və yeni heyət olmasına baxmayaraq, paytaxt təmsilçisinin çıxışına ümidlə yanaşıb: "Samir Əliyev gənc mütəxəssisdir. Amma xeyli vaxtdır ki, məşqçiliklə məşğuldur. Futbolçular gənc olsalar da, görünür "Neftçi"yə layiq olduqlarını sübut ediblər ki, indi əsas heyətdə yer alıblar. İndi də Avroliqada bunu sübut etməyə çalışacaqlar. Bu həyatın yazılmayan qanunudur və gənc məşqçi, gənc heyət amilinə fikir vermək lazım deyil".
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu