"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qəbələ İK" qəzetinə müsahibə verib. Ukraynalı mütəxəssis müsahibə zamanı Avropa Liqası oyunlarına hazırlıq, yoxlama oyunları, yeni transferlər və başqa məqamlara toxunub.
- Toplanışda kompleks şəkildə hazırlaşdıq. Millinin futbolçularına istirahət verdiyimizdən, toplanışda iştirak etmədilər. Türkiyədə tam heyətlə hazırlaşmasaq da, gileylənə bilmərik. Çünki hazırlıq bizim üçün, həqiqətən, yaxşı keçdi. Mövsümün əvvəli olduğundan fiziki hazırlığa xüsusi diqqət yetirdik. Ərzurum hazırlığı dövründə güclü komanda tapmağın çətin olduğunu əvvəlcədən bilirdik. Çünki iyun ayında əksər komandalar istirahətdə olur. Əslində, həmin dövrdə güclü rəqiblərə ehtiyac da yox idi. Sadəcə, oynamağımız lazım idi. Bu baxımdan, hesab edirəm ki, Ərzurum təmsilçiləri ilə matçlar faydalı oldu. Çünki istənilən halda, hər bir oyun məşqdən fərqlənir və daha faydalıdır.
- Ərzurum hazırlığından sonra Qəbələdə Gürcüstan klubu ilə yoxlama oyunu keçirmək istədiyinizi demişdiniz. Bu variant Tiflis “Dinamo”su bizə Avroliqada rəqib düşəndən sonra arxa plana keçdi?
-
Xeyr. Püşkdən sonra da bunu çox istəyirdim və oynamağa hazır idik. Hətta gürcülərin “Dinamo”ya “Qəbələ” haqda geniş məlumat verəcəyindən də qorxmurduq. Onsuz da elə dövrdə yaşayırıq ki, hansısa komanda barədə informasiya toplamaq çətin deyil. Sadəcə, Gürcüstan komandalarından biri ilə yoxlama matçı keçirmək planı baş tutmadı. Vaxt azlığından xaricə səfər edə bilmədik.
- Bəs “İnter”i seçərkən, komandanın heyətində gürcü futbolçuların olması, kollektivə isə Tiflis “Dinamo”sunun sabiq futbolçusu Zaur Svanadzenin başçılıq etməsi nə dərəcədə rol oynadı?
- “İnter”i Qəbələyə dəvət edərkən, dediyiniz bu faktlara əsaslandığımızı deyə bilmərəm. Sadəcə, Bakı komandasını ciddi rəqib saydığımızdan, onlarla sınaq matçı keçirmək qərarına gəldik. Yaxşı oyun təcrübəsi qazandığımızdan, üç gün sonra onlarla Qəbələdə daha bir sınaq görüşü keçriməyi lazım bildik. Hərçənd, 2-ci sınaq oyununu “İnter”lə keçirməyi planlaşdırmamışdıq. Sadəcə, bu komanda ən münasib, ən maraqlı variant oldu. Hər halda, indiki vaxtda Qəbələyə “İnter”dən güclü komanda gətirmək asan deyil. Rəqib də Avroliqaya hazırlaşdığından, maraqlarımız üst-üstə düşdü. “Dinamo”yla oyunlar öncəsi “İnter”lə matçlar bizim üçün faydalı oldu. Hərçənd, bu komanda ilə çempionatda daha 4 dəfə oynayacağıq (gülür).
- Püşkün nəticəsindən razısınızmı? Tiflis “Dinamo”sunu necə dəyərləndirərdiniz?
- Tiflis “Dinamo”su Gürcüstan futbolunda brenddir. Çox böyük ada, ənənəyə, tarixə malikdir. “Dinamo” futbolda böyük uğurlar qazanıb. Həmişə maraqlı oyun göstərib və bütün azarkeşlər tərəfindən bəyənilib. “Dinamo”dan vaxtilə çoxlu ulduz futbolçu çıxıb. Bütün bunların çox əhəmiyyətli olduğunu bilirik və rəqibə böyük hörmət bəsləyirik. Ancaq idmanda tarixlə yanaşı, indiki dövr də önəmlidir. Hazırkı “Dinamo”nun imkanlarını saf-çürük etmişik. Bunun üçün yetərincə vaxt və informasiya mənbələri tapdıq. Belə ciddi rəqibə üstün gəlmək üçün onu çox yaxşı tanımağın lazım olduğunu bilirik.
- Maraqlıdır, Tiflis “Dinamo”suna nə vaxtsa rəqib olmusunuz?
- Yox. Bu, Tiflis komandası ilə ilk rəsmi görüşüm olacaq. Futbol oynadığım dövrdə, SSRİ vaxtında Gürcüstan klublarıyla yoldaşlıq görüşlərimiz çox olub. Bunlar arasında Tiflis “Dinamo”su da vardı.
- Sizcə, ilk oyunu səfərdə keçirməyimiz bizə əlavə üstünlük verir?
- Bunda heç bir üstünlük görmürəm. Şəxsi təcrübəmdən misal çəkim. “Çernomorets”lə Avroliqanın qrup mərhələsinə düşəndə və ardınca 1/16 finala çıxanda bütün oyunları ilk olaraq evdə keçirdik. Ancaq bu, mərhələ keçməyimizə mane olmurdu. Məsələn, “Srvena Zvezda” kimi güclü rəqiblə evdə oynayandan sonda bizdə özünəinam xeyli artdı.
Belqraddakı cavab matçında komandamla fəxr edirdim. Evdə cavab oyununun 90 yox, 120 dəqiqə davam etməsi mümkündür və bu zaman azarkeş dəstəyi kömək olur. Ancaq digər tərəfdən, həmin 30 dəqiqədə qol buraxsan, 2 qol vurmalısan.
- Yeni transferlər, onların hazırlıq səviyyəsi haqqında nə deyə
bilərsiniz?
- Əvvəla, onların sınaqdan keçməsi prosesi hələ tam başa çatmayıb, bir müddət çəkəcək. Çünki komandaya nə qədər yüksək səviyyəli futbolçu gəlsə belə, onlara anlaşma, adaptasiya üçün vaxt lazımdır. Hər halda, onları komandaya götürməzdən öncə uzun müddət götür-qoy etmişdik. Yeni futbolçularla çalışdığımız müddətdə hər şey müsbətdir.
- Heyətin komplektləşdirilməsi başa çatdı, yoxsa...
- Daha bir transfer nəzərdə tutulub. Növbəti mərhələyə keçsək, Balkan təmsilçisi ilə qarşılaşacağıq. Əlbəttə, çox çətin olacaq. Həm Sloveniyanın “Domjale”, həm də Serbiyanın “Çukariçki” klubu çox ciddi rəqiblərdir. Avrokuboklarda böyük təcrübəyə malikdirlər. Keçmiş Yuqoslaviya futbol ölkəsi kimi tanınır. Ona görə də, bizə daha bir mövqedə futbolçu lazımdır.
- Deyə bilərsinizmi hansı mövqeyə?
- Hücumameylli yarımmüdafiəçi istəyirik. George Floreskunun yarımmüdafiənin mərkəzinə gəlişindən sonra bizə hücumameylli futbolçu lazımdır. O, universal olmalı, həm oyun qurucusu mövqeyində, həm də cinahlarda oynamağı bacarmalıdır. Həmin futbolçu bizə uyğun gələn səviyyədə olmalı, real rəqabət yaratmalı, komandanı gücləndirməlidir.
Mehman SÜLEYMANOV
Tramp klublararası dünya çempionatının finalında olacaq
"Kəpəz"dən növbəti transfer - Rəsmi
"Arsenal" onunla yeni müqavilə imzalamağa yaxındır
"Barselona" onu Levandovskinin əvəzi kimi istəyir
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Real" 20 yaşlı hücumçunu transfer etdi
"Zirə" İordaniya klubuna qalib gəldi
"İmişli"də yeni müqavilə - Rəsmi
“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”
"Mançester Yunayted"də ciddi itki
Emreli yoxlama oyununda yenə qol vurdu
"Real" Vinisiusla aparılan danışıqları dayandırdı
"Barselona"da 4 illik müqavilə
"Karvan" braziliyalı futbolçu transfer etdi
"Kəpəz"dən Ehtiram Şahverdiyev qərarı
Pioli rəsmən "Fiorentina"da
“Qəbələ” yeni transferini açıqladı
"Bayer" ABŞ millisinin üzvünü aldı
“Turan Tovuz” “Traktor”la qarşılaşacaq - Rəsmi
"Sabah"ın rəqibində ayrılıq
Levandovskinin yeni imici - Şəkillər
Azərbaycan klublarının mövqeyi məlum oldu - Dünya reytinqi
Donnarummanı transfer etmək istəyən nəhəng klub
Lui van Qal xərçəngə qalib gəldi
DÇ-2030-un finalı bu stadionda keçiriləcək
“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer
“Komandamızın çıxışı gələcəyə ümid verdi” - Qurban Qurbanov
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər