"Qarabağ"a güvənirəm" – Tahir Gözəl

"Qarabağ"a güvənirəm" – Tahir Gözəl
ÖLKƏ FUTBOLU 22 İyun 2015 / 14:52 5077
-  A +

Bu gün “Qarabağ”ın Çempionlar Liqasında rəqibi məlum olacaq.

Qol.Az-ın məlumatına görə,  Bakı vaxtıyla saat 15:00-da başlayacaq püşkatmada  Ağdam təmsilçisinin 2-ci təsnifat mərhələsindəki rəqibi bilinəcək.

İsveçrənin Cenevrə şəhərindəki püşkatmada klubun vitse-prezidenti Tahir Gözəl də iştirak edəcək.  Bu dəfə də ənənəsinə sadiq qalan klub prezidenti artıq İsveçrədədir və püşkatama zamanı "Qarabağ"ı təmsil edəcək.

O, klubun saytına bununla bağlı fikirlərini bildirib: “Qarabağ”ın avrokuboklarda ölkəmizi təmsil etməsi böyük hadisədir. Mən şəxsən gəldim ki, komandaya uğur gətirsin. İnanıram ki, püşkün nəticəsi komandamız üçün faydalı olar. “Qarabağ”a güvənirəm və hər şeyin bizim üçün yaxşı olacağına   inanıram”.

Daha çox


Son xəbərlər