Bakının "İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 34-cü turunda sabah "Qəbələ"nin qonağı olacaqsınız. Bu qarşılaşmanın sizin üçün mövsümün ən vacib və çətin matçı hesab etmək olarmı?
- Razıyam, çox çətin səfərə yollanırıq. Həqiqətən "Qəbələ" son vaxtlar əla formadadır. Ancaq bizim yolumuz çempionluğa gedir. Qəbələyə qələbə dalınca yollanırıq. Nə qədər də çətin olsa, fikrimiz ancaq qələbə qazanmağa yönəlib. Başqa yolumuz yoxdur.
- Rəqibinizin ardıcıl 10 oyunda uduzmamağı sizi ehtiyatlanmağa məcbur edirmi?
- Əlbəttə, bu, bizi də narahat edir. Son nəticələri "Qəbələ"nin gücünü göstərir. Ancaq qeyd etdiyim kimi, qarşımıza çempionluq hədəfi qoymuşuq. Fikrimizdə yalnız qələbədir. Başqa nəticə haqda düşünmürük.
- "İnter"də yaranan maliyyə problemi oyununuza necə təsir edir?
- Hamı bilir ki, pulsuz oynamaq çətindir Komandada problemlər var. Amma indiki durumda biz buna fikir verməməliyik. Çalışırıq ki, bu problem oyunumuza təsir etməsin. Düzdür, pul da lazımdır. Amma çempionluq nəyə desən dəyər.
- Yəni çempionluq istəyi pulsuzluğa güc gəlir?
- Bəli, cəmi üç oyunumuz qalıb. Mövsümün sonuna qədər ürəklə oynamaq olar. Çempionatın əvvəlində bu problemlə üzləşsəydik, başqa cür ola bilərdi. Ancaq biz də düşünürük ki, sona üç oyun qalıb və mövsümü ən yaxşı nəticə ilə başa vurmaq vacibdir. Mənim şəxsi fikrim belədir. Futbolçularla söbət edirik. Söhbət zamanı puldan daha çox çempionluq haqda danışırıq.
- "Qəbələ"yə qalib gəlsəniz, çempionluq öz əlinizdə olacaq.
- Bizim də istəyimiz budur. Hələ ki, sırf "Qəbələ" ilə oyuna köklənmişik. Bu qarşılaşmadan sonra "Qarabağ"la oyunun nə dərəcədə əhəmiyyətli olacağını biləcəyik. Bildiyiniz kimi, bu tur "Qarabağ" çempion ola bilər. Ancaq bu baş verməsə, biz çempinluğa bir qədər də yaxınlaşacağıq.
- "İnter"lə müqavilən nə vaxt bitir?
- Artıq müqaviləm başa çatır.
- Nə fikirləşirsən, "İnter"də qalacaqsan?
- Hələ ki, tələsmirəm. Bəzi təkliflər var. Ancaq gözləyirəm. Özüm istəmədiyim üçün təklif aldığım klublarla ciddi söhbətimiz olmayıb.
Ramiq AĞAMƏMMƏDOV
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib