"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Hazırkı çempionatda bugünədək 30 oyuna 14 qələbə, 50 xal və 3-cü yer. "Qəbələ"nin bu nəticəsini necə hesab etmək olar?
- Qənaətbəxş. Çünki qış fasiləsindən sonra 6-cı pillədə qərarlaşan komandamızın oyunuda tədricən inkişaf oldu və avrokuboklara vəsiqəni təmin etdik. Avropa Liqasında iştirak etmək hüququ qazanmışıqsa, uğurlu mövsüm keçirdiyimizi deyə bilərik.
- Baş məşqçi Roman Qriqorçuk hər qələbədən sonra "Qəbələ"nin hələ də potensialından aşağı səviyyədə çıxış etdiyini deyir. Komandanız bunda artığını da bacarar?
- Əslində daha artığını da etməyə qadir idik. Sadəcə, mövsümün əvvəlində xal ehtiyamıtmız az idi. İlk pillələrdə olan komandalarla xal fərqimiz çoxalmışdı. Ona görə də "Qarabağ" və "İnter"ə çata bilmədik. Amma əminliklə deyə bilərik ki, "Qəbələ" gələn mövsüm çempionluğa oynayacaq. Baş məşqçimiz Roman Qriqorçuk iddialı komanda qurub. Gördüyünüz kimi, meydanda "vuruşan" bir heyətimiz var. Çalışacağıq ki, gələn mövsüm çempion olaq.
- 10 oyundan 9-da qələbə qələbə qazanan "Qəbələ"nin bu gün "Qarabağ" və "İnter"dən geri qalmasını komandanızın gec toparlanması ilə bağlamaq olarmı?
- Qışa qədər olan oyunumuz da göz qabağında idi, indiki çıxışımızı da hamı görür. Qışdan sonra tam fərqli bir komandaya çevrilmişik. Baş məşqçimiz çətin bir işin öhdəsindən gəldi. Həqiqətən də 3-4 aya komanda qurmaq çətindir. Bəli, əgər Qriqorçuk "Qəbələ"yə yaydan rəhbərlik etsəydi, bu gün lider ola bilərdik.
- Yəqin "Qəbələ"də futbolçular arasında rəqabət də güclüdür.
- Elə "Qəbələ"dəki inkişafın əsas səbəblərindən biri da komandada olan güclü rəqabətdir. Rəqabət harda varsa, orda uğur da olacaq.
- Son vaxtlar səni meydanda az-az görürük. Bu da güclü rəqabətdən irəli gəlir?
- Oyunumla bağlı heç bir problem yoxdur. Malta ilə oyun ərəfəsi milli komandaya da dəvət almışdım. Ancaq zədələndiyim üçün həm millidən, həm də "Qəbələ"nin son oyunlarında kənarda qaldım. Zədələnməyim məni komandadan 15 gün ayrı saldı. Artıq özümə gəlmişəm. Son oyunda da meydanda oldum. Bundan sonra daha yaxşı olacaq.
- Premyer Liqada növbəti oyununuz "Qarabağ"ın ardıcıl xal itkilərindən sonra çempionluğa ümidlənən "İnter"lədir. Bu görüşdə də "Qəbələ" uğurlu seriyasını davam etdirə bilər?
- Üçüncü yerdə möhkəmlənmək istəyiriksə, bu görüşdə qalib gəlməliyik. Məncə, buna gücümüz çatar. Qələbə qazanıb iddiamızı davam etdirməliyik.
- "Qəbələ" ötən mövsüm də Avroliqaya vəsiqə qazandı, ancaq elə ilk təsnifat mərhələsində mübarizəni dayandırdı. Bu mövsüm "Qəbələ"dən nə gözləmək olar?
- Komandamızı ötən illə müqayisə etmək düzgün olmaz. İndi meydanda tam başqa bir "Qəbələ" var. Gördüyünüz kimi, ardıcıl 10 oyundur ki, məğlub olmuruq. Bunun doqquzunda qalib gəlmişik. Deməli, bu, nədənsə xəbər verir. "Qəbələ" getdikcə ideal formaya düşür. Bu mövsüm "Qəbələ"dən Avroliqada çox şey gözləmək olar.
- Sabiq komandan "Neftçi"nin son acınacaqlı durumu ilə bağlı nə deyə bilərsən?
- Doğrudan da, "Neftçi" son turlar pis çıxış edir. Bunun səbəbini deyə bilmərəm. Rəhbərlik və məşqçilər korpusu daha yaxşı bilər. Onu deyə bilərəm ki, hər il komandanı yeniləməklə, futbolçular gətirməklə inkişafa nail olmaq mümkün deyil. Yaxşı nəticə qazanmaq üçün komanda komplektləşdirilməlidir. Tez-tez yenilənmiş heyətlə oynamaq çox çətindir.
- "İnter"ə ağır məğlubiyyətdən sonra "Neftçi" Elvin Yunuszadə, Mirhüseyn Seyidov və Rauf Əlieyevi transferə çıxardı. Buna reaksiyan necə oldu?
- Onların transferə çıxarılma səbəbini dəqiq bilmirik. Ola bilər ki, daxildə başqa problemlər var. Hər üçü Azərbaycanın yaxşı futbolçularındandır. Bu xəbəri eşidəndə pis oldum. "Neftçi"nin "Qarabağ"la kubok oyunu da var. Qeyd etdiyiniz futbolçular həmin görüşdə lazım olacaqdı. Buna görə də "Neftçi" bu futbolçuları saxlamalıdır. Əks halda komandaya çox çətin olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi